MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikasının Auditorlar Palatasında "dəyirmi masa" keçirilmişdir.

2014-05-02

Azərbaycan Respublikasının Auditorlar Palatasında "dəyirmi masa" keçirilmişdir.

Azərbaycan Respublikasının Auditorlar Palatasının, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin nümayəndələrinin iştirakı ilə "dəyirmi masa" keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş 2012-2015-ci illər üçün Milli Fəaliyyət Plan»larından irəli gələn vəzifələrin icrası istiqamətində Azərbaycan Respublikasının  Auditorlar Palatasının, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin nümayəndələrinin iştirakı ilə 2014-cü il 2 may tarixində “Korrupsiyaya qarşı mübarizə  haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanununlarıdan irəli gələn vəzifələrin icrası üzrə auditorların üzərinə düşən öhdəliklər” mövzusunda dəyirmi masa keçirilmişdir.

Dəyirmi masada Palatanın Keyfiyyətə nəzarət və hüquqi təminat idarəsinin rəisi Maarif Abbasovun məruzəsi dinlənilmişdir. Mövzü ətrafında Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin məsul əməkdaşı Azad Fətullayev və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin nümayəndəsi Azər Abbasov çıxış etmişlər. Müzakirələr zamanı Auditor təşkilatlarının rəhbərlərinin və Sərbəst auditorların çoxsaylı sualları cavablandırılmışdır. 

Tədbirin keçirilməsində başlıca məqsəd “Milli Fəaliyyət Planı”nın 28-ci «Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə» bəndinə müvafiq olaraq tədbirlər görülməsi məqsədilə auditorların məsuliyyətini artırmaqdan və bu sahədə təbliğat işini daha da gücləndirməkdən, Azərbaycan Respublikasının  Auditorlar Palatası ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsi və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti arasında əməkdaşlıq münasibətlərininin səviyyəsini daha yüksəltməkdən ibarətdir. 







Foto: R.Ələkbərov

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur