MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Dövlət müstəqilliyi günü Auditorlar Palatasında qeyd olunub

2011-11-04

Dövlət müstəqilliyi günü Auditorlar Palatasında qeyd olunub

DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ

AUDİTORLAR PALATASINDA

QEYD OLUNUB

 

Vahid NOVRUZOV: «Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir»

 

     Azərbaycan Respublikasının dövlət müstəqilliyinin  bərpasının iyirminci ildöünümü ilə bağlı Auditorlar Palatasında genişmiqyaslı təntənəli tədbir keçirilib. Tədbiri Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor  Vahid Novruzov açaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün ölkəmizdə, onun hüdudlarından kənarda həmvətənlərimiz yaşayan bütün ölkələrdə geniş miqyasda qeyd olunduğunu bildirib: «Bu bayramın qeyd olunması barədə prezident İlham Əliyev müvafiq sərəncam da imzalayıb. Dövlət başçısı həmin sərəncamında ölkəmizin 20 il ərzində keçdiyi şərəfli, çətin, lakin tam inkişafla dolu illərin ölkə həyatında oynadığı yol qısaca şərh olunmaqla yanaşı, eyni zamanda bu bayramın bütün ölkədə, regionlarda, təşkilatlarda, idarələrdə qeyd edilməsinin əhəmiyyəti də vurğulanıb. Ona görə də biz Auditorlar  Palatası olaraq, belə bir tədbirin Palata üzvləri, əməkdaşları, hörmətli qonaqların iştirakı ilə keçiririk».

     Dövlət himni səsləndikdən sonra professor V.Novruzov son 20 ildə Azərbaycanın keçdiyi yola nəzər saldı və əlavə edib ki, xalqımız keçilən ağır illəri, qarşıya çıxan çətinlikləri yaxşı xatırlayır: «Ölkə iqtisadiyyatı  böhranla üz-üzə gəlib, Azərbaycan dövlətçiliyini hansı təhlükənin gözlədiyini, ölkədə ərazi bütövlüyünün parçalanmasının hansı səviyyəyə gəlib çatdığının şahidi olub. Ölkə varidatının talan olunması, xarici şirkətlərin Azərbaycana II-III dərəcəli ölkə kimi münasibətlərinin şahidi olduq. Və eyni zamanda Ulu Öndərimizin xalqın təkidi və tələbi ilə Azərbaycana ikinci dəfə hakimiyyətə qayıtmasının şahidi olduq və bu qayıdış ilə  Azərbaycanın inkişaf dövrü başladı».

     Auditorlar Palatasının sədri bildirib ki, həmin dövrdə Azərbaycanın  iqtisadi, sosial, ictimai həyatında sabitliyin bərqərar olması prosesi başlayıb: «Ulu Öndərimizin səyi, dərin təfəkkürü, dünyəvi təcrübəsi baxımından onun nüfuzu sayəsində  ölkə  iqtisadiyyatı reallaşan  Azərbaycan xalqının mənafeyini daşımaq  barədə neft strategiyasının təməli qoyuldu. «Əsrin müqaviləsi» imzalandı, iqtisadiyyatın bütün sahələrində islahatlar aparıldı ki, bunlar da  ulu öndərin zəngin həyat və  idarəçilik təcrübəsi imkan verdi ki,  ölkəmiz bu xaosdan xilas olsun, eyni  zamanda  çox sürətlə inkişaf edən bir ölkə kimi  Azərbaycan reallaşdırmağa başladı».

     Bizim üçün çox önəmlidir ki, deyə professor V.Novruzov əlavə edib ki, bu gün prezident İlham Əliyev bu strategiyanı çox uğurla davam etdirir və bu strategiyada müasirlik öz əksini  tapıb: «Vətəndaş cəmiyyətinin formalaşması, şəffaflığın artırılması, Azərbaycanın digər ölkələrlə artıq bərabərhüquqlu tərəfdaş kimi çıxış etməsi məhz prezidentimizin apardığı çox uğurlu siyasətin nəticəsidir və Auditorlar Palatası olaraq  həm də ona görə sevinirik ki, bizim 15 illik yubileyimiz dövlət müstəqilliyinin bərpasının 20 illiyinə  təsadüf edir. Bu münasibətlə Palatada təşkilati işlər, eyni zamanda digər tərəfdaşlarla bərabər  beynəlxalq forum keçirildi. Bu formuda Azərbaycanda gedən quruculuq işlərindən valeh olduqlarını yazdıqları məktublarında  yüksək səviyyədə etiraf  ediblər».

     Tədbirdə Auditorlar Palatasının sədr müavini F.İsmayılov «Müstəqil  Azərbaycan Respublikasında auditin inkişafı və sosial-siyasi  həyatda şəffaflığın artırılmasında rolu»  mövzusunda  məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayraq, himn və  gerbin dövlət atributları kimi qəbul edilməsindən, 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqillyi haqqında Konstitusiya aktının qəbulundan, 1994-cü ildə «Əsrin  Müqaviləsi»nin reallaşmasından, Xəzər hövzəsində irimiqyaslı layihələrin uğurla həyata keçirilməsinin təmin olunmasından,  ölkədə neft və qeyri-neft sektorlarının  yüksəlişindən, ümumdaxili məhsul, büdcə və valyuta ehtiyatlarının ildən-ilə  artmasından, sahibkar fəaliyyətindən, beynəlxalq aeroportların, Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara  verilməsindən,  tarixi İpək Yolunun bərpası ilə bağlı  Bakı-Tbilisi-Qars dəmir yolu və yeni limanın tikilməsi kimi irimiqyaslı  strateji layihələrdən söhbət açıb: «Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının 1994-cü il 16 sentyabr  tarixli 882 nömrəli Qanunla  yanaşı, auditlə əlaqədar iki yüzədək qanun, qərar, fərman, sərəncam mövcuddur. Beynəlxalq Standartlar əsasında 43 Milli Audit Standartı, on bir sahəvi audit proqramı, çoxsaylı  metodiki göstəriş, qayda və təlimat hazırlanıb. 2010-cu ildən isə ölkəmizdə  Beynəlxalq Audit  Standartlarının birbaşa tətbiqinə keçirilib.  Bir nəfər belə müstəqil auditoru  olmayan Azərbaycanda hazırda sərbəst və auditor təşkilatlarında 280 auditor fəaliyyət göstərir. Bir o qədər auditor isə, Palatada əldə etdiyi təcrübə və səriştə sayəsində Hesablama Palatasında, Mərkəzi Bankda, bir sıra nazirliklərdə və özəl qurumlarda  məsul vəzifələrdə çalışırlar.

     Bundan başqa, Auditorlar Palatasında peşə təhsili  sistemi yaradılıb ki, bu sistem auditor kadrlarının hazırlanmasının və müntəzəm ixtisasartırmanı beynəlxalq  tələblərə  müvafiq olaraq  təmin etməyə imkan  verir.

     Qeyd etməliyəm ki, mühasibat və  audit sahəsində ən nüfuzlu  beynəlxalq  təşkilat olan Beynəlxalq  Mühasiblər Federasiyasının (IFAC) 1 nömrəli  üzvlük tələbi «auditin  keyfiyyətinə nəzarət»dir. Auditorlar  Palatası ötən on beş il ərzində bütün beynəlxalq tələblərə cavab verən auditin keyfiyyətinə nəzarət  sisteminin formalaşmasına və təşəkkülünə nail olub».

     Tədbir iştirakçıları istər  Auditorlar Palatasının fəaliyyətində, istərsə də cəmiyyətdəki fəaliyyətlərində Azərbaycan Prezidentinin daxili və xarici siyasətinin həyata  keçirilməsinə daim dəstək verəcəklərini bildiriblər.

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur