MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Londonda IFAC, IAASB və IASB-nin dəstəyi ilə “Peşə inkişafının strateji istiqaməti forumu” və “Avropa və Mərkəzi Asiyanın keçmiş sovet respublikalarında Beynəlxalq Standartların qəbul edilməsi və tətbiqi” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir

2013-05-22

Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Londonda IFAC, IAASB və IASB-nin dəstəyi ilə “Peşə inkişafının strateji istiqaməti forumu” və  “Avropa və Mərkəzi Asiyanın keçmiş sovet respublikalarında Beynəlxalq Standartların qəbul edilməsi və tətbiqi” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir








Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Beynəlxalq Mühasiblər Federasiyası (IFAC), Beynəlxalq Audit və Zəmanət Standartları İdarəsi (IAASB) və Beynəlxalq Mühasibatlıq Standartları İdarəsinin (IASB) təşkilatçılığı ilə təşkil edilmiş “Peşə inkişafının strateji istiqaməti forumu” və “Avropa və Mərkəzi Asiyanın keçmiş sovet respublikalarında Beynəlxalq Standartların qəbul edilməsi və tətbiqi” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir

 

2013-cü ilin 14-16 may tarixlərində Londonda IFAC, IAASB və IASB-nin dəstəyi ilə “Peşə inkişafının strateji istiqaməti forumu” və “Avropa və Mərkəzi Asiyanın keçmiş sovet respublikalarında Beynəlxalq Standartların qəbul edilməsi və tətbiqi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Ölkəmizi bu mötəbər tədbirdə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov təmsil etmişdir.

Tədbirin ilk günü “Peşə inkişafının strateji istiqaməti forumu”nu İngiltərə və Uels İctimai Mühasiblər İnstitutunun (ICAEW) vitse-prezidenti Martin Cons açaraq tədbir iştirakçılarını salamladı və forumun əhəmiyyətini vurğuladı. 

Nümayiş olunan prezentasiyalar və məruzələr tədbir iştirakçıları tərəfindən maraqla izlənilərək böyük diqqətə səbəb oldu. 

Tədbirin növbəti günü “Avropa və Mərkəzi Asiyanın keçmiş sovet respublikalarında Beynəlxalq Standartların qəbul edilməsi və tətbiqi” mövzusunda keçirilən konfransda Beynəlxalq Audit və  Zəmanət Standartları İdarəsinin (IAASB) sədri Con Qrant “İcra olunan Beynəlxalq Audit Standartları: imkanlar və problemlər” mövzusunda geniş məruzə ilə çıxış  etmişdir.

Daha sonra Beynəlxalq Audit və Zəmanət Standartları İdarəsinin (IAASB) sədr müavini Dan Montqomeri “Beynəlxalq audit və təminat standartlarının inkişafı”, Beynəlxalq Mühasibatlıq Standartları İdarəsinin (IASB) sədr müavini İan Makintoş “Yeni dövrə daxil olma”, Beynəlxalq Mühasibatlıq Standartları İdarəsinin İdarə heyətinin üzvü, SNQ və Baltikyanı ölkələr üzrə əlaqələndirici Vei-Go Zanq “IASB-də yeniliklər: Başlıca layihələr”, Beynəlxalq maliyyə hesabatları standartları Fondunun (IFRS) təhsil təşəbbüsünün rəhbəri Maykl Uels “IASB təşəbbüslərinin həyata keçirilməsi” kimi digər mövzularda müxtəlif məruzələr dinlənildi, beynəlxalq  maliyyə və audit standartlarının tətbiqi, maliyyə hesabatlarında şəffaflığının artırılması, auditin inkişafı və təkmilləşdirilməsi, auditin keyfiyyətinə nəzarətin gücləndirilməsi istiqamətində aktual mövzular ətrafında müzakirələr və təcrübə mübadiləsi aparıldı.

Beynəlxalq konfransın sonuncu - üçüncü günü keçmiş sovet respublikaları ölkələri arasında milli maraqlar çərçivəsində keçirilən iclasda Azərbaycan Respublikası Auditorlar Palatasının sədri cənab Vahid Novruzov və Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov ölkəmizdə  Beynəlxalq Audit Standartları üzrə qəbul edilmiş yeniliklər, hazırkı problemlər və onların həlli yolları, IFAC üzrə fəaliyyət planında  nəzərdə tutulmuş və görülmüş işlər, auditor təşkilatlarının və sərbəst auditorların apardıqları auditlərin keyfiyyətinin yoxlanılması barədə Beynəlxalq Mühasiblər Federasiyasının nümayəndələrinin də iştirak etdiyi iclasda qonaqlara geniş məlumat verdilər. Çıxışlar ətrafında geniş müzakirələr aparılaraq bütün məsələlər üzrə qarşılıqlı anlaşma əldə olundu və gələcək əməkdaşlıq istiqamətləri müəyyənləşdirildi.



 
 
 

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur