MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

Auditorlar Palatasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli iclas keçirilmişdir

2013-05-07

Auditorlar Palatasında Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli iclas  keçirilmişdir



Auditorlar Palatasında Azərbaycan xalqının ümummilli lideri

Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli iclas

keçirilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü  il 21 yanvar tarixli, 2679 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə  bağlı Tədbirlər Planı” çərçivəsində silsilə tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Auditorlar Palatasında 2013-cü il may ayının 7-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli iclas keçirilmişdir.
Tədbirdə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən, onun siyasi, iqtisadi və mədəni quruculuq sahəsindəki yorulmaz fəaliyyətindən bəhs edilmişdir.
Tədbiri giriş  sözü  ilə  Auditorlar  Palatasının  sədri,  iqtisad  elmləri doktoru, professor Vahid Novruzov açaraq ilk əvvəl qonağı - YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralovu salamlayaraq tədbirin əhəmiyyətindən danışdı və geniş məruzə ilə çıxış edərək bildirdi ki, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev ölkəmizin inkişaf yolunu, milli strategiya və taktikasının əsaslarını, xarici siyasətinin başlıca istiqamətlərini, milli ideologiyanın təməl prinsiplərini, sosial-iqtisadi sahədə qarşıda dayanan vəzifələri, ümumilikdə, xalqımızın gələcək inkişafı ilə bağlı məsələləri elmi-nəzəri və praktik şəkildə müəyyən etmiş və bununla əlaqədar çox böyük irs qoymuşdur.
Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli iclasın Auditorlar Palatasında keçirilməsini çox yüksək qiymətləndirdi və o iştirakçılara ulu öndərin rəhbərliyi dövründə bir yerdə çalışdığından qürur duyduğunu, onun Azərbaycan xalqının qarşısında olan xidmətlərindən, yorulmaz fəaliyyətindən, insanlara, vətəninə, torpağına bağlılığından danışdı.
Sonra poqrama uyğun olaraq, professor Zahid Qaralov iştirakçılardan YAP-a qəbul olmuş şəxslərə üzvlük biletləri və YAP-nın yaradılmasında və inkişafındakı müstəsna fəaliyyətinə, siyasi fəliyyətinə, qadınlarla və gənclərlə apardıqları xidmətlərə görə bir qrup üzvlərə YAP Səbail rayon təşkilatının “Fəxri Fərman”larını verdi.
Eyni zamanda ölkəmizdə auditor xidmətinin inkişafındakı xidmətlərinə görə Palatanın rəhbərliyi tərəfindən Auditorlar Palatasının Kadr hazırlığı və beynəlxalq əlaqələr idarəsinin rəisi Səbuhi Gülməmmədova, Keyfiyyətə nəzarət və hüquqi təminat idarəsinin rəisi Maarif Abbasova, Maliyyə və təsərrüfat idarəsinin rəsisi Vəli Rəhimova, “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi. Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının idarəedici partnyoru İlqar Vəliyevə, Sərbəst auditorlar – Vaqif Axundova, Mübariz Əkbərova, Şərif Bəşirova, Şəmşinur Hüseynova “Fəxri auditor” döş nişanı və Auditin tənzimlənməsi və təşkili idarəsinin rəis müavini Qənaət Vəliyevaya, Şəxsi heyət üzrə menecer İradə Məmmədovaya, Keyfiyyətə nəzarət və hüquqi təminat idarəsinin baş mütəxəssisi Siddiqə Mirzəyevaya, Kadr hazırlığı və beynəlxalq əlaqələr idarəsinin kompüter operatoru Mətanət Eyvazovaya, Sərbəst auditorlar – Firudin Göyüşova, Köçəri Alıyevə  “Fəxri Fərman”lar verilmişdir.
Tədbirdə Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov, Kadr hazırlığı və beynəlxalq əlaqələr idarəsinin baş məsləhətçisi Elmira Hacıyeva, Palatanın üzvləri -  İbiş Əliyev, Avtandil Əliyev, Eldəniz İsgəndərov, Kamil Hüseynov çıxışlar edərək ulu öndər haqqında öz xatirələrindən danışdılar.
Tədbirin sonunda Auditorlar Palatasının kollektivi yekdilliklə 2013-cü ildə keçiriləcək Prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin namizədliyini təsdiq etdilər.
Tədbirə Auditorlar  Palatasının  sədri,  iqtisad  elmləri doktoru, professor Vahid Novruzov yekun vurmuşdur.


 
 
 
 

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur