MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

   XƏBƏRLƏR

26 aprel 2013-cü il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin iqtisadi siyasətində nəzarətin yeri və rolu” mövzusunda elmi-praktiki simpozium keçirilmişdir

2013-05-01

26 aprel 2013-cü il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin iqtisadi siyasətində nəzarətin yeri və rolu” mövzusunda elmi-praktiki simpozium keçirilmişdir



HEYDƏR ƏLİYEVİN İQTİSADİ SİYASƏTİNDƏ NƏZARƏTİN YERİ VƏ ROLU
 

 

ЕLMİ-PRAKTİK SİMPOZİUM

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 21 yanvar tarixli, 2679 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə  bağlı Tədbirlər Planı” çərçivəsində silsilə tədbirlərin davamı olaraq Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə 2013-cü il aprel ayının 26-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin iqtisadi  siyasətində nəzarətin yeri və rolu” mövzusunda elmi-praktiki simpozium keçirilmişdir.

Simpoziumda ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən, onun siyasi, iqtisadi və mədəni quruculuq sahəsindəki yorulmaz fəaliyyətindən bəhs edilmiş, həmçinin ölkəmizdə şəffaflığın artırılmasında və korrupsiyaya qarşı mübarizədə nəzarətin yeri və rolu sahəsində peşəkar müzakirələr, mövcud problemlərin təhlili, şəffaflığın artırılması ilə bağlı əlavə qanunvericilik aktlarının qəbulunun sürətləndirməsi və nəzarətə dair qanunların icra mexanizmlərin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq standartların tədbiqi, maarifləndirmə və beynəlxalq əməkdaşlıq  sahəsində real nəticələrin əldə edilməsinə dair fikirlər dinlənilmişdir.

Simpoziumu giriş  sözü  ilə  Azərbaycan Universitetinin  rektoru   Eldar Qəhrəmanov açaraq ilk əvvəl qonaqları salamladı və simpoziumun əhəmiyyətindən danışdı. 

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin  sədri, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü,  Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti,  Azərbaycan  İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə, Аzərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Akif Musayev, Azərbaycan Respublikası Auditorlar  Palatasının  sədri,  iqtisad  elmləri doktoru, professor Vahid Novruzov geniş məruzə ilə çıxış etdilər.

Sonra Azərbaycan Respublikasının İqtisadi İnkişaf  Nazirliyinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Dövlət Neft Şirkətinin, “Azərenerji” ASC-nin, Auditorlar Palatasının, Azərbaycan İqtisadçılar İttifaqının, Dövlət İqtisad Universitetinin, Azərbaycan Universitetinin, Mərkəzi Bankı Yanında Maliyyə Monitorinqi  Xidmətinin, Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, Kooperasiya Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun nümayəndələrinin çıxışları dinlənilmişdir.

                                 ЕLMİ-PRAKTİK SİMPOZİUMDAN FOTOLAR

 
 
 
                                
 
 
 
 

 

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur