MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

VƏLİYEV İlqar Əflatun oğlu    

 



 "Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi."
 şirkətinin Azərbaycan Respublikasındakı
 filialının İdarəedici partnyoru

 

 VƏLİYEV İlqar Əflatun oğlu

 

 

















Tel.: 012/492-83-09

E-mail: baku@az.ey.com



1973-cü il may ayının 11-də
Bakı şəhərində anadan olmuşdur.


1990-cı ildə
orta məktəbini, 1993-cü ildə Beynəlxalq təşkilatın Beynəlxalq Biznes Məktəbi İnkişaf Assosiasiyasını fərqlənmə ilə bitirmişdir.


1995-ci ildə
Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadiyyat üzrə magistr dərəcəsini alaraq fərqlənmə ilə bitirmişdir.


1994-cü ildə
 "Ernst & Young" şirkətinin Bakı ofisində audit üzrə işçi vəzifəsində işləmişdir. 1995-1996-cı illərdə "Ernst & Young şirkətinin, Moskvada yerləşən ofisində audit üzrə mütəxəssis vəzifəsində işləmişdir.


1996-1998-ci illərdə
 "Ernst & Young" şirkətinin Bakı ofisində audit üzrə baş mütəxəssis vəzifəsində işləmişdir. 1998-2001-ci illərdə  "Ernst & Young" şirkətinin Bakı ofisində audit üzrə menecer vəzifəsində işləmişdir.


2001-2003-cü illərdə
"Ernst & Young" London ofisinə ezamiyyə edilmişdir.


2003-2006-cı illərdə
"Ernst & Young" şirkətinin Bakı ofisində audit üzrə baş menecer vəzifəsində işləmişdir. 2007-ci ildən isə "Ernst & Young" şirkətinin Bakı ofisinin İdarəedici Partnyoru vəzifəsində işləyir.  


2010-cü il avqustun 2-dən
Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının üzvüdür.


İlqar Vəliyev Diplomlu Mühasib, Amerika Diplomlu Mühasiblər İnstitutu (ABŞ) və Azərbaycan Respublikasının Auditorlar Palatasının lisenziyalı auditorudur, audit şirkətlərində iş stajı 18 ilə bərabərdir.


Dünya Bankı, Avropa İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən maliyyələşdirmiş şirkətlərin auditi üzrə mühüm iş təcrübəsinə malikdir.


Həmçinin “Ernst & Young” şirkətinin Gürcüstanda və Türkmənistanda ofislərinin açılması və inkişafında aktiv iştirak etmişdir.


Ailəlidir. İki övladı var.


Yuxarı

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur