MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

GÜLMƏMMƏDOV Səbuhi Yediyar oğlu    

 

 
 Auditin təşkili və kadr hazırlığı
 idarəsinin rəisi

 
 

 GÜLMƏMMƏDOV Səbuhi Yediyar oğlu

 

 











Tel.: 012/564-80-62  

         012/465-65-35 (daxil: 101)

Qəbul günü: bazar ertəsi və cümə günləri, saat 15.00-dən 18.00-dək

E-mail: 
nurular@mail.ru

İdarənin ƏSASNAMƏSİ


1972-ci il yanvarın 29-da Qərbi Azərbaycanın Krasnoselo rayonunun Gölkənd kəndində anadan olmuşdur.


1989-cu ildə orta məktəbi bitirmiş, 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr dərəcəsini, 2004-cü ildə isə həmin Universiteti magistr dərəcəsini alaraq fərqlənmə ilə birtirmişdir. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantıdır.


1989-cu ildə
 Azərbaycan Respublikası Sosial Təminat Nazirliyinin Birləşdirilmiş mühasibatlıq idarəsində mühasib vəzifəsində işləmişdir.


1990-1992-ci illərdə
 hərbi xidmətdə olmuşdur.


1992-1994-cü illərdə
 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş, 1994-1996-cı illərdə Xətai rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müfəttiş, 1996-1998-ci illərdə Xətai rayon Əmək və Məşğulluq Mərkəzində müfəttiş və baş müfəttiş, 1998-2003-cü illərdə Xətai rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş müfəttiş vəzifələrində işləmişdir.


2004-cü ildə
 Azərbaycan Respublikası Auditorlar Palatasının Audit qanunvericiliyi və metodiki təminat şöbəsinə baş mütəxəssis, 2005-2010-ci illərdə Elmi-tədqiqat və tədris mərkəzinin direktoru, 2010-2015-ci illərdə Kadr hazırlığı, xarici əlaqələr və nəşriyyat idarəsinin rəisi vəzifələrində işləmiş, 2016-cı ildən bu günə kimi Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinin rəisi vəzifəsində işləyir.


2005-ci ildən
 Beynəlxalq Daxili Auditorlar İnstitutunun (İİA) üzvüdür.


2006-cı ildən
 Auditorlar Palatasının Həmkarlar İttifaqı Komitəsinin sədridir.


2009-cü il iyulun 27-dən
 Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının üzvüdür.


2010-cu il 29 dekabr tarixində
 Azərbaycan Respublikası Auditorlar Palatasının “Fəxri fərman”ına layiq görulmüşdür.

 

2013-cü il 06 may tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının “Fəxri auditor” döş nişanına layiq görulmüşdür.

 

2016-cı il 04 aprel tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Auditorlar Palatasının 20 illik yubileyi ilə əlaqədar, ölkənin auditor sisteminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.


Yeni Azərbaycan Partiyasının üzvü və YAP Səbail rayon təşkilatı Nəzarət-təftiş komissiyasının sədridir.


Ailəlidir. Dörd övladı var.



Yuxarı

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur