MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

ABBASOV Maarif Qurban oğlu    

 


 
Auditin hüquqi təminatı və dövlət orqanları  ilə iş idarəsinin  rəisi
 
 

 ABBASOV Maarif Qurban oğlu



















Tel.: 
012/465-65-35 (daxil: 212)

Qəbul günü: bazar ert
əsi və cümə günləri, saat 15.00-dən 18.00-dək
 

E-mail: marks40@mail.ru

İdarənin ƏSASNAMƏSİ



1953-cü il noyabr ayının 14-də Ucar rayonunun Çiyni kəndində anadan 
olmuşdur.  


1970-ci ildə
Ucar rayon 2 №-li orta məktəbini, 1976-cı ildə Azərbaycan Dövlət Unversitetini, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət  İdarəçilik Akademiyasını fərqlənmə ilə bitirmişdir.


1970-1972-ci illərdə
Bakı şəhəri Baş tikinti İdarəsi 2 №-li  Evtikmə kombinatında suvaqçı vəzifəsində işləmişdir. 1972-1974-cü illərdə ordu sıralarında xidmət etmişdir.


1975-1995-ci illərdə
Daxili işlər orqanlarında siravi polisdən şöbə rəisinədək müxtəlif vəzifələrdə xidmət etmişdir. 1995-1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sistemində post rəisi vəzifəsində işləmişdir.


1996-cı ilin 16 may tarixindən
Azərbaycan Respublikasının Auditorlar Palatasında müxtəlif vəzifələrdə işləmiş, 2010-cu ildən bu günə kimi Auditorlar Palatasının Auditin tənzimlənməsi və şəffaflın təminatı idarəsinin rəisi vəzifəsində işləyir.


1997-ci və 1998-ci illərdə
TASİS proqramı çərçivəsində Almaniyada  keçirilən beynəlxalq mühasubat və audit kurslarında iştirak edərək sertifikatlar əldə etmişdir.


2005-ci ildən
Beynəlxalq Daxili Auditorlar İnstitutunun (İİA) üzvüdür.


Beynəlxalq Daxili Auditorlar İnstitutunun 2006-cı il 15 may tarixli sertifikatını, “İnkişaf edən və genişlənən daxili audit” movzusunda keçirilən  XII Türkiyə daxili Audit Konqresinin sertifikatını, “Şəffaflıq Azərbaycan” İctimai birliyi və Bakı Fond Birjası tərəfindən təşkil olunmuş, Böyük Britaniyanın maliyyə dəstəyi ilə keçirilən dörd mərhələli “Biznesdə Korporativ idarəetmə və Şəffaflıq” təlim kursunun sertifikatını, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il sərəncamı ilə təsdiq edilmiş 2002-2011-ci illər üçün Səffaflığın artırılması və korrupsiyayaya qarşı mübarizə üzrə Milli Strategiyanın və Avropa  Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (QRECO) tərəfindən Azərbaycan hökumətinə verilmiş tövsiyələrin icrası ilə əlaqədar ABŞ-ın Azərbaycanda səfirliyinin dəstəyi ilə 2007 il 29-30 oktyabr və 2007 ci il 3-4 dekabr tarixlərdə silsilə treninqlərin sertifikatını və auditlə bağlı diğər çoxsaylı kursların sertikatlarını əldə etmişdir. 

2010-cu il fevralın 4-dən 2018-ci il yanvarın 4-dək Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının üzvü olmuşdur.

2010-cu il 29 dekabr tarixində Azərbaycan Respublikasının “Fəxri fərman”ına layiq görulmüşdür.

2016-cı il 04 aprel tarixində Azərbaycan Respublikası Prezidentinin 1934 nömrəli  Sərəncamı ilə Azərbaycan Respublikası Auditorlar Palatasının 20 illik yubileyi ilə əlaqədar, ölkənin auditor sisteminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.


Ailəlidir. Üç övladı var. 



Yuxarı

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur