MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

BAYRAMOV Qəşəm Hacalı oğlu    

 


 
 Aparatın rəhbəri

 

 BAYRAMOV Qəşəm Hacalı oğlu









Tel.: 
012/465-65-35 (daxil: 206)

Qəbul günü: bazar ert
əsi və cümə günləri, saat 15.00-dən 18.00-dək

 


Aparatın ƏSASNAMƏSİ

Aparatın əməkdaşlarının vəzifə borcları


1952-ci il yanvarın 3-də
Gürcüstan Respublikasının Bolnisi rayonunun Saraclı kəndində anadan olmuşdur.


1968-ci ildə
orta məktəbini, 1972-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmiş və “iqtisadçı” ixtisasına yiyələnmişdir.


1972-ci ildən 1977-ci ilədək
Tikinti Materialları Sənayesi Nazirliyi sistemində iqtisadçı və böyük mühəndis, 1977-1996-cı illərdə Maliyyə Nazirliyində nəzarətçi-müfəttiş vəzifəsindən şöbə rəisinədək müxtəlif vəzifələrdə işləmişdir.


1973-1974-cü illərdə
hərbi xidmətdə olmuşdur.


1996-2007-ci illlərdə
Auditorlar Palatasında şöbə rəisi və departament direktoru vəzifələrində işləmiş, 2007-ci ildən bu günə kimi isə Auditorlar Palatası Aparatının rəhbəri vəzifəsində işləyir.

1996- cı il 31 may tarixindən auditor xidməti göstərmək hüquqna malik olan Azərbaycanın ilk auditoru kimi 0001 nömrəli lisenziyaynın sahibidir.


1999-cu ildən
Beynəlxalq Daxili Auditorlar İnstitutunun (İİA) üzvüdür.


1997-ci ildə
 TASİS proqramı üzrə “Mühasibat uçotunun beynəlxalq prinsipləri və auditin texnikası”, 1998-ci ildə Almaniyada “Müflisləşmənin konstruksiyası və texnikası”,  2000-ci  ildə  Çində ASOSAI proqramı üzrə “Sosial müdafiənin auditi”, 2002-ci ildə Avstriyada “Ali audit qurumlarının kənd təsərrüfatının auditində rolu”, 2007-ci ildə Hollandiyada “Peşəkar təhsil üzrə ixtisasartırma” mövzularında kursları bitirməklə beynəlxalq sertifikatlar almışdır.

03.07.2014-cü ildə Hong Kong Daxili Auditorlar İnstitutu, 25.06.2015-ci ildə EFAA (Lissabon, Portuqaliya), 21-22.09.2015-ci ildə Gürcüstan mühasiblər, auditorlar və məsləhətçilər cəmiyyəti (Tiflis, Gürcüstan) və 17.06.2016-cı ildə Moldova Respublikasının Sertifikatlaşdırılmış auditorlar və peşəkar mühasiblər assosiasiyası (Kişinyov, Moldova) tərəfindən təşkil edilən konfranslarda iştirak edərək müvafiq sertifikatlar almışdır.

 

2007-ci ilin 27 dekabr tarixində Azərbaycan Respublikasının “Fəxri auditor” adına layiq görulmüşdür.


Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Auditorlar Palatasının işçilərin və üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” 2011-ci il 15 sentyabr tarixli 1730 №-li Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.


Yeni Azərbaycan Partiyasının üzvüdür.


Ailəlidir. Dörd övladı var.


Yuxarı

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur