MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

İSMAYILOV Fəxrəddin Həsən oğlu    

 


 Sədr müavini


 İSMAYILOV Fəxrəddin Həsən oğlu



 













Tel.:
 012/564-83-66 (daxil: 200)

Qəbul günü: çərşənbə, saat 15.00-dən 18.00-dək 




1947-ci il dekabrın 13-də
Azərbaycan Respublikasının Fizuli rayonunun Gecəgözlü kəndində anadan olmuşdur.


1963-cü ildə
orta məktəbini, 1974-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu, 1981-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.  


1968-1974-cü illərdə
Bakı çörək ticarət idarəsində müdir müavini və müdir vəzifələrində işləmişdir.  


1974-1975-ci illərdə
ordu sıralarında hərbi xidmətdə olmuşdur.


1975-1981-ci illərdə
“Azneftkəşfiyyat”-ın FTŞ-nin müdiri və bazanın direktoru vəzifələrində işləmişdir.  


1981-1982-ci illərdə
“Xəzərdənizneftqazsənaye” İB Qaradağ FTŞ-nin müdiri vəzifəsində işləmişdir.


1982-1990-cı illərdə
Qaradağ rayon “Qarışıqticarət” idarəsində şöbə müdiri və  direktor müavini vəzifələrində işləmişdir.  


1990-1995-ci illərdə
Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin FTŞ-nin müdiri və birliyinin rəisi vəzifələrində işləmişdir.


1995-1996-cı illərdə
Azərbaycan Respublikası Gömrük Komitəsinin “Azərterminalkompleks” Xarici İqtisadi Əlaqələr Birliyinin rəis müavini vəzifəsində işləmişdir.


1996-cı il aprel ayının 23-dən indiyə kimi
Azərbaycan Respublikası Auditorlar Palatasının sədrin müavini vəzifəsində işləyir.


Auditorlar Palatasında idarəetmə orqanı olan Şuranın üzvüdür.


Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Auditorlar Palatasının işçilərin və üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” 2011-ci il 15 sentyabr tarixli 1730 №-li Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.


Yeni Azərbaycan Partiyasının üzvüdür.


Ailəlidir. Dörd övladı var.


Yuxarı

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur