MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

NOVRUZOV Vahid Tapdıq oğlu    

 




 Sədr, iqtisad elmləri doktoru, professor


 NOVRUZOV Vahid Tapdıq oğlu




















Tel.:
 012/498-28-55 (daxil: 300)

Qəbul günü: çərşənbə axşamı, saat 15.00-dən 18.00-dək


1950-ci il yanvarın 7-də
Qərbi Azərbaycanın Allahverdi rayonunda müəllim ailəsində anadan olmuşdur.


1966-cı ildə
Bakı şəhərindəki 31 №-li orta məktəbi bitirmiş və  elə həmin il Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuşdur.


1971-ci ildə
Azərbaycan Dövlət Universitetini, 1999-cu ildə isə Bakı Asiya Universitetini bitirmişdir.


1972-1992-ci illərdə
Azərbaycan Respublikası Dövlət Plan Komitəsi yanında Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda laborant, iqtisadçı, kiçik elmi işçi, bölmə müdiri və şöbə müdiri vəzifələrində çalışmışdır.


1979-1981-ci illərdə
Əhaliyə Məişət Xidməti Nazirliyi yanında Layihə-Konstruktor Texnologiya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir.


1992-1996-cı illərdə
Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsində bölmə müdiri, şöbə müdirinin birinci müavini və şöbə müdiri vəzifələrində çalışmışdır.


1978-ci ildə
Q.V.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda «Xidmət sferasının maddi-texniki təchizatının planlaşdırılmasının normativ bazasının təkmilləşdirilməsi» mövzusunda  namizədlik dissertasiyası, 1990-cı ildə isə həmin institutda «Müttəfiq respublikalarda sosial-məişət infrastrukturunun inkişaf problemləri» mövzusunda doktorluq  dissertasiyası müdafiə etmişdir.


150-dən artıq
elmi əsərin və 5 monoqrafiyanın müəllifidir. 2000-ci ildə  professor elmi adı almışdır.


1996-cı il aprelin 5-dən indiyə kimi
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri vəzifəsində işləyir.


Yeni Azərbaycan Partiyasının üzvüdür.


Ailəlidir. İki övladı var. 


Yuxarı

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur