MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

STANDARTLAR    İFAC-ın Aşkarlıq Layihəsi

Beynəlxalq Mühasiblər Federasiyasının Aşkarlıq Layihəsi

 

 

Ümumi məlumat:

İctimai maraqlara xidmət edərək, Beynəlxalq Audit və Təminat Standartları Komitəsi yaxşı başa düşülən, aydın və ardıcıl şəkildə tətbiq edilə bilən, bununla da təcrübənin bütün dünyada keyfiyyətini və eyniliyini artırmağa kömək edən yüksək keyfiyyətli beynəlxalq audit və əminlik standartlarını müəyyən etməyə çalışır.

Öz standartlarını daim təkmilləşdirməyə çalışan Beynəlxalq Əminlik və Audit Standartları Komitəsi 2003-cü ildə Beynəlxalq Standartların layihələrinin hazırlanmasında istifadə edilən şərtlərə yenidən baxmışdır. Bu yenidən baxmanın məqsədi - Beynəlxalq Əminlik və Audit Standartları Komitəsi tərəfindən buraxılan Beynəlxalq Standartların aydınlığını artırmaqla, onların ardıcıl qaydada tətbiq edilməsi yollarının araşdırılması olmuşdur.

 

Əhatə dairəsi:

Layihənin əhatə dairəsinə aşağıdakılar daxildir:

•  Gələcək BAS-ların hazırlanmasında Beynəlxalq Əminlik və Audit Standartları Komitəsinin istifadə edəcəyi şərtlərin və həmin standartlara riayət edən auditorların öhdəliklərinin müəyyən edilməsi.

Həmin şərtlərin bütün BAS-lara ya BAS-ın əhəmiyyətli dərəcədə yenidən baxılmasının bir hissəsi olaraq, yaxud da yalnız aydınlıq şərtləri və məsələlərini əks etdirmək məqsədilə məhdud şəkildə yenidən işlənməsi üçün tətbiq edilməsi.

 

Layihənin məqsəd(lər)i:

Hazırkı layihənin məqsədi Beynəlxalq Audit Standartlarının (BAS-lar) daha da aydınlaşdırılmasıdır:

• Yüksək keyfiyyətli standartlar hazırlanması vasitəsilə dünyada auditin keyfiyyətininin yüksəldilməsi

• Standartlara əməl etmə zamanı auditorların əsas məqsədlərinin identifikasiyası

• Hər bir standartın məqsədinin aydın müəyyən edilməsi və bu məqsədə çatmaq  üçün auditorun öhtəliklərinin müəyyənləşdirilməsi

• Standartların tələblərindən yaranan öhtəliklərin auditorlara izah edilməsi

• Standartların aydın anlaşılması

• Standartlara əməl edilən zaman təhriflərin aradan qaldırılması

 

Aşkarlıq Layihəsi çərçivəsində hazırlanmış audit standartları və şərhlər.

 



Yuxarı

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur