MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

HAQQIMIZDA    Tariximiz

AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASININ TARİXİ


1994-cü il  16 sentyabr — Ümummilli lider  Heydər Əliyev tərəfindən imzalanmış “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

1995-ci il  19 sentyabr 
— Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə    Auditorlar Palatası haqqında Əsasnamə təsdiq edilmişdir.

1996-cı il 5 aprel
— Azərbaycan Respublikasının Auditorlar Palatası fəaliyyətə başlamışdır.

1997-ci il 24 İyun
- Avropa Birliyinin TACİS proqramı cərcivəsində həyata kecirilən “Azərbaycan Respublikası  Auditorlar  Palatasının audit kecirmə potensialının mohkəmləndirilməsi, muflisləşmə və iflas uzrə mutəxəssislərin hazırlanması” layihəsinin icrasına başlanılmış və 1999-cu ildə uğurla başa catdırılmışdır.

1999-cu il
- Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən Azərbaycan Respublikasında Audit sisteminin islahatı Konsepsiyası işlənib hazırlanmışdır.

1999-cu il 26 iyun
— Auditorlar Palatasının müraciətinə əsasən, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda beynəlxalq Daxili Auditorlar İnstitutunun  (IIA) “Audit - Azərbaycan” bölməsi yaradılmışdır.

2000-ci il 5 iyul
— Azərbaycan Respublikası  Auditorlar Palatasının təsis etdiyi “İqtisadiyyat və Audit” elmi-praktik jurnalının ilk nömrəsi çapdan çıxmış və Azərbaycan Respublikasının Milli Məclisində jurnalın təqdimat mərasimi kecirilmişdir.

2001-ci il 7 mart
- Azərbaycan Respublikası  Auditorlar Palatasının muəlliflər kollektivi tərəfindən ali məktəblər ucun hazırlanmış  “Audit”  ilk dərs vəsaiti kitabı nəşr etdirilmişdir.

2003-cü il 5 may
— Azərbaycan Respublikasının Auditorlar Palatası Avropa Mühasiblər və Auditorlar Federasiyasına (EFAA) tamhüquqlu üzv qəbul olunmuşdur.

2003-cü il 14 noyabr
— Azərbaycan Respublikasının Auditorlar Palatası Beynəlxalq Mühasiblər Federasiyasına (İFAC) assosativ üzv qəbul edilmişdir.

2004-cü il 14 sentyabr
— Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsinin 10 illiyi münasibətilə Auditorlar Palatasının keçirdiyi "Keçid iqtisadiyyatı ölkələrində auditin inkişaf problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına təbrik məktubu göndərmişdir.

2006- cı il 4 aprel
— Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatasının yaradılmasının 10 illik yubileyi ilə əlaqədar Auditor Paltasının kollektivinə və üzvlərinə  təbrik məktubu göndərilmişdir.    

2006-cı il 5 aprel
— Azərbaycan Respublikası Auditorlar Palatasının yaradılmasının 10 illik yubileyinə  həsr edilmiş yubiley tədbiri keçirilmişdir.

2007-ci il    aprel
— Azərbaycan Respublikasının Auditorlar Palatası Sertifikatlı Mühasiblər və Auditorların Avrasiya Şurasına  (ECCBA)  üzv qəbul edilmişdir.

2007- ci il 22 may
- Azərbaycan Respublikası  Auditorlar Palatasının təklifləri əsasında hazırlanmış “Auditorun mülki məsuliyyətinin icbari siğortası haqqında” Azərbaycan Respublkasının Qanunu qəbul edilmişdir.

2007 - ci il 22 may
- Azərbaycan Respublikasının Auditorlar Palatasının təklifləri əsasınd hazırlanmış “Daxili audit haqqında” Azərbaycan Respublkasının Qanunu qəbul edilmişdir.

2008-cı il 3 oktyabr 
—  Azərbaycan Respublikası Auditorlar Palatasının təsis etdiyi “İqtisadiyyat və Audit” elmi-praktim jurnalın 100-cü yubiley  nömrəsi çapdan çıxmışdır.

2008-ci il 13 noyabr
— Beynəlxalq Muhasiblər Federasiyasının (İFAC) İtaliyanın Roma şəhərində kecirilən illik Şura iclasında Azərbaycan Respublikasının Auditorlar Palatası Beynəlxalq Mühasiblər Federasiyasına   tam hüquqlu üzv qəbul olunmuşdur. 

2010-cu  il 01  yanvar
- Azərbaycan Respublikasının ərazisində beynəlxalq audit standartlarının (BAS) tətbiqinə başlanılmışdır.

2011-ci  il 15 sentyabr
- Azərbaycan Respublikası Auditorlar Palatasının işçilərinin və üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev sərəncam imzalamışdır.

2011-ci il 16 sentyabr
- Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə "Şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatları və audit standartlarının tətbiqi problemləri" mövzusunda mühasiblərin və auditorların III  Avrasiya Forumunun iştirakçıları adından müraciət qəbul olunmuşdur.


20
11-ci il 16 sentyabr - Azərbaycan Respublikası Auditorlar Palatasının yaradılmasının 15 illik yubileyinə  həsr edilmiş yubiley tədbiri keçirilmişdir.

“Kiçik və orta müəssisələr üçün keyfiyyətə nəzarət üzrə Təlimat” 2012-ci ildə nəşr etdirilmişdir.

8 saylı beynəlxalq təhsil standartı (BTS 8): “Audit mütəxəssislərinin səriştəliliyinə dair tələblər” 2012-ci ildə nəşr etdirilmişdir.

“Müasir şəraitdə şəffaflığın artırılmasında auditin rolu” (Beynəlxalq elmi-praktik simpoziumun materialları, 15-16 mart 2012-ci il) 2012-ci ildə nəşr etdirilmişdir.

“Daxili audit: reallıqlar və perspektivlər” (Beynəlxalq konfransın materialları, 3-4 may 2012-ci il) 2012-ci ildə nəşr etdirilmişdir.

2012-ci il 23 yanvar“Auditor təşkilatlarının və sərbəst auditorların hesabatlarının electron qayda da hazırlanması, göndərilməsi, təqdim edilməsi və işlənilməsi haqqında Təlimat”ın tətbiqinə dair seminar keçirilmişdir.

Ölkənin regionlarında zəruri maarifləndirmənin həyata keçirilməsi və metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatası, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə Xaçmaz şəhərində (2012-ci il 24 iyul), Lənkəran şəhərində (2012-ci il 3 avqust) və Naxçıvan şəhərində (2012-ci il 27 sentyabr) “Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunması” mövzusunda regional seminar-müşavirələr keçirilmişdir.

2012-ci il 23 may - Azərbaycan Respublikası Auditorlar Palatası ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq sazişi imzalanmışdir.
 

2012-ci il 7 iyun - Azərbaycan Respublikası Auditorlar Palatası ilə Bakı Biznes Universiteti arasında əməkdaşlıq sazişi imzalanmışdir.
 

2012-ci il 3 avqust - Azərbaycan Respublikası Auditorlar Palatası ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlıq sazişi imzalanmışdir.
 

Dünya Bankının IFAC-la birlikdə Avstriyanın Vyana şəhərində təşkil etdiyi “Mərkəzi və Cənub-Şərqi Avropada peşəkar mühasibatlıq” mövzusunda forumda (29 may–3 iyun) Auditorlar Palatasının sədri V.Novruzov və Palata Aparatının rəhbəri Q.Bayramov iştirak etmişlər. 
 

Rusiya Auditorlar Kollegiyasının 20 illik yubileyinə həsr olunmuş tədbirdə (17 iyun) Auditorlar Palatasının sədri V.Novruzov və Palata Aparatının rəhbəri Q.Bayramov iştirak etmişlər.


Sankt-Peterburq Auditorlar Palatası tərəfindən Sankt-Peterburq şəhərində keçirilən auditin metodoloji inkişafına həsr olunmuş tədbirdə (25-29 iyul) Auditorlar Palatasının sədri V.Novruzov iştirak etmişdir.
 

Hollandiyanın Amsterdam şəhərində keçirilən “Avropanın liderləri” forumunda (15 sentyabr) Auditorlar Palatasının sədri V.Novruzov və Palata Aparatının rəhbəri Q.Bayramov iştirak etmişlər.


Polşa Milli Auditorlar İnstitutunun 20-ci ildönümünə həsr olunmuş tədbirdə və “Auditin statusu və perspektivləri” mövzusunda keçirilən 13-cü illik audit konfransında (23-26 oktyabr) Auditorlar Palatasının sədri V.Novruzov və Palata Aparatının rəhbəri Q.Bayramov iştirak etmişlər.
 

Azərbaycan Respublikası Auditorlar Palatası ilə Sankt-Peterburq Auditorlar Palatası arasında (2012-ci il 25 iyul) əməkdaşlıq sazişi imzalanmışdir.
 

Azərbaycan Respublikası Auditorlar Palatası ilə Moskva Auditorlar Palatası arasında (2012-ci il 13 sentyabr) əməkdaşlıq sazişi imzalanmışdir.
 

2012-ci il 15-16 mart tarixlərində “Müasir şəraitdə şəffaflığın artırılmasında auditin rolu” mövzusunda beynəlxalq elmi-praktik simpozium keçirilmişdir.
 

2012-ci ilin 3-4 may tarixlərində “Daxili audit: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilmişdir. 
 

2012-ci il 12 oktyabr - Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş vəzifələrin icrası ilə əlaqədar müvafiq qurumların iştirakı ilə “dəyirmi masa” keçirilmişdir.


2013-cü ildə “Audit. Qanunvericilik və normativ sənədlər” toplusunun 7-ci cildi və "Heydər Əliyevin iqtisadi siyasətində nəzarətin yeri və rolu" mövzusunda elmi-praktik simpoziumun materialları nəşr etdirilmişdir.
 

2013-ci il 26 aprel - Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 21 yanvar tarixli 2679 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı” çərçivəsində Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyevin iqtisadi siyasətində nəzarətin yeri və rolu" mövzusunda elmi-praktik simpozium keçirilmişdir.
 

2013-cü il 21 oktyabr-18 noyabr tarixlərində Audiorlar Palatası və Azərbaycan Universitetinin birgə yaratdığı işçi qrup tərəfindən “Auditor xidmətinin aktual problemləri” mövzusunda 245 təşkilati-hüquqi formal təsərrüfat subyektində sosioloji sorğu keçirilmişdir.
 

2013-cü il 4 dekabr – Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası ilə əməkdaşlıq sazişi imzalanmışdir.
 

Makedoniya Respublikası və Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq təcrübə nəzərə alınmaqla auditor xidmətinin təkmilləşdirilməsinə dair Makedoniya Respublikasının Sertifikatlı Auditorlar İnstitutu ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında Anlaşma memorandumunun imzalanması mərasimində (13-17 fevral) Auditorlar Palatasının sədri Vahid Novruzov, Aparatın rəhbəri Qəşəm Bayramov və Kadr hazırlığı və beynəlxalq əlaqələr idarəsinin rəisi Səbuhi Gülməmmədov iştirak etmişdir.
 

Beynəlxalq Mühasiblər Federasiyası (IFAC), Beynəlxalq Audit və İnformasiyanın Düzgünlüyünün Təsdiqlənməsi Standartları Şurası (IAASB) və Beynəlxalq Mühasibat Uçotu Standartları Şurasının (IASB) birgə təşkilatçılığı ilə “Avropa və Mərkəzi Asiyada/ keçmiş sovet respublikalarında beynəlxalq standartların qəbul edilməsi və tətbiqi” mövzusunda Londonda keçirilən beynəlxalq konfransda (14-16 may) Auditorlar Palatasının sədri Vahid Novruzov və Aparatın rəhbəri Qəşəm Bayramov iştirak etmişdir.


Ukrayna Auditorlar Palatasının və Ukrayna Auditorlar Birliyinin birgə təşkilatçılığı ilə “Audit 20 yaş: nailiyyətlər və pers pektivlər” mövzusunda Kiyev şəhərində keçirilən beynəlxalq elmi-praktik konfransda (30 may-3 iyun) Auditorlar Palatasının sədri Vahid Novruzov və Aparatın rəhbəri Qəşəm Bayramov iştirak etmişdir.
 

Qazaxıstan Respublikasının Almatı şəhərində auditor xidmətlərinin 20-ci ildönümü münasibətilə keçirilən yubiley tədbirində və “dəyirmi masa”da (1-2 iyul) Auditorlar Palatasının Kadr hazırlığı və beynəlxalq əlaqələr idarəsinin rəisi Səbuhi Gülməmmədov iştirak etmişdir.
 

Avstriya Respublikasının Vyana şəhərində “Şərq Tərəfdaşlığı ölkələrinin audit və hesabatlılıq sistemlərinin gücləndirilməsi” mövzusunda keçirilən regional tədbirdə (30 sentyabr-2 oktyabr) və ECIIA Liderlər Forumu və Baş Assambleyasının iclasında (4-5 oktyabr) Auditorlar Palatasının sədri Vahid Novruzov və Aparatın rəhbəri Qəşəm Bayramov iştirak etmişdir.
 

Rumıniya Maliyyə Auditorları Palatasının beynəlxalq audit standartları tətbiq olunmaqla və cari audit islahatı təklifləri nəzərə alınmaqla Buxarest şəhərində keçirdiyi “Regional peşəkar iclası”nda (6-8 noyabr) Auditorlar Palatasının sədri Vahid Novruzov iştirak etmişdir.
 

Koreya Respublikasının paytaxtı Seul şəhərində Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) təşkilatçılığı ilə növbəti Şura İclasında (13-14 noyabr) Auditorlar Palatasının üzvü, “HLB Azərbaycan” MMCnin direktoru İslam Bayramov iştirak etmişdir.
 

Azərbaycan Respublikasının Auditorlar Palatası ilə İstanbul Sərbəst Mühasiblər və Maliyyə Müşavirləri Odası arasında (Bakı şəhəri, 2013-cü il 22 yanvar) əməkdaşlıq sazişi imzalanmışdir.
 

Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Belarus Respublikası Maliyyə Nazirliyinin mütəxəssislərə rəhbərlik edən ixtisasartırma mərkəzi arasında (2013-cü il 4 fevral) əməkdaşlıq sazişi imzalanmışdir.
 

Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Makedoniya Respublikasının Sertifikatlı Auditorlar İnstitutu arasında (Skopye şəhəri, 2013-cü il 15 fevral) əməkdaşlıq sazişi imzalanmışdir.
 

2013-cü il 22 yanvar -Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar Palatası, İstanbul Sərbəst Mühasiblər və Maliyyə Müşavirləri Odası və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə “Müasir şəraitdə auditin qarşısında duran problemlər və onun inkişaf konsepsiyası” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
 

2013-cü il 26-28 sentyabr Auditorlar Palatası və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının birgə təşkilatçılığı ilə  “Daxili nəzarət və risklərin idarə olunması” mövzusunda Bakıda Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrinin iştirakı ilə Mühasiblərin və Auditorların IV Avrasiya Forumu keçirilmişdir.

“Azərbaycan” qəzetinin 2014-cü il tarixli 19 fevral nömrəsində  Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun “Korrupsiyaya qarşı mübarizə bu günün və sabahın prioritet məsələsidir” başlıqlı məqaləsi dərc edilmişdir.
 

Bakı Biznes Universitetində 2014-cü il 5 may tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Sivil bazar iqtisadiyyatı münasibətlərinin inkişaf istiqamətləri” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktiki konfransın materiallarında Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun “Heydər Əliyev və Azərbaycanda şəffaflıq strategiyası” başlıqlı məqaləsi dərc edilmişdir.
 

“İqtisadiyyat” qəzetinin 2014-cü il 7-13  fevral tarixli  buraxılışında Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun 2013-cü il 6-8 noyabr tarixlərində Rumıniyanın Maliyyə Auditorlar Palatasının “Audit Practices” jurnalına vermiş olduğu müsahibəsi barəsində “Azərbaycan auditi xarici həmkarların maraq dairəsində” başlıqlı geniş məlumat dərc edilmişdir.
 

“Audit-Azərbaycan İnstitutu”nun prezidenti, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti 2014-cü il 3-4 iyul tarixlərində Çin Xalq Respublikasının Honkonq şəhərində keçirilən “Asiya Daxili Auditorlar İnstitutları rəhbərlərinin Liderlər Forumu”nda iştirak etmişdir.
 

2014-cü il 11 aprel - Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.2-ci bəndinə müvafiq olaraq, Auditorlar Palatası tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla işlənib hazırlanmış “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasının (2012-2020-ci illər)” təqdimat mərasimi keçirilmişdir. 
 

2014-cü il 2 may - Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş 2012-2015-ci illər üçün Milli Fəaliyyət Plan»larından irəli gələn vəzifələrin icrası istiqamətində Azərbaycan Respublikası  Auditorlar Palatasının, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin və  Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin nümayəndələrinin iştirakı ilə “Korrupsiyaya qarşı mübarizə  haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanununlarından irəli gələn vəzifələrin icrası üzrə auditorların üzərinə düşən öhdəliklər” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
 

2014-cü 16 sentyabr – “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin 20 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
 

2014-cü il 2-3 iyun - Dünya Bankının Maliyyə Hesabatlılıq İslahatları Mərkəzinin (CFRR) rəhbəri Henri Fortinin dəvəti ilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) ilə əməkdaşlıq çərçivəsində Şərqi və Cənub-Şərqi Avropa ölkələri üzrə korporativ maliyyə hesabatlılığı və audit sahəsində yüksək rütbəli hökumət rəsmləri, tənzimləyicilər və mütəxəssislər üçün Avstriyanın Vyana şəhərində keçirilən “Peşəkar Mühasibatlıq Təşkilatlarının (PAO) 2-ci Regional Forumu” və  “Avropa və Mərkəzi Asiyada Maliyyə Hesabatlılığı” mövzusunda beynəlxalq tədbirdə iştirak etmişdir.
 

2014-cü il 15-16 sentyabr - Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin Elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov Daşkənd şəhərində keçirilmiş MDB İcraiyyə Komitəsi yanında mühasibat Uçotu üzrə Koordinasiya Şurasının 11-ci iclasında iştirak etmişdir.
 

2014-cü il 30 sentyabr - Аzərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov və Auditorlar Palatası Şurasının  üzvü, sərbəst auditor Altay Cəfərovdan ibarət nümayəndə heyəti Böyük Britaniyanın Beynəlxalq Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) və Avropanın Beynəlxalq mühasiblər şəbəkəsinin (EGİAN) birgə təşkilatçılığı ilə Brüsseldə Avropa Parlamentində keçirilən “Yeni audit islahatlarının həyata keçirilməsi: keyfiyyətə diqqət üçün yeni canlı bazarın yaradılmasını necə təmin etməli?” adlı “dəyirmi masa”da iştirak etmişdir.
 

2014-cü il 6-7 oktyabr - Auditorlar Palatasının nümayəndə heyəti Tbilisi şəhərində Dünya Bankının “Avropa İttifaqının qanunvericiliyinin tələblərinin tətbiqi vasitəsilə auditin keyfiyyətinin yüksəldilməsi” mövzusunda keçirilmiş beynəlxalq tədbirdə iştirak etmişdir. Tədbir Dünya Bankının “Avropa İttifaqının Şərq tərəfdaşlığı ölkələrində – Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada auditin və hesabatlılığın möhkəmləndirilməsi” (STAREP) proqramı çərçivəsində keçirilmişdir.
 

2014-cü il 10-13 noyabr - Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) və İtaliya Sertifikatlı Mühasiblər və Ekspertlər Milli Şurasının (CNDCEC) birgə təşkilatçılığı ilə İtaliya Respublikasının paytaxtı Roma şəhərində keçirilən “Dünya Mühasiblər Konqresi 2014 (WCOA)”-də Аzərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.
 

2014-cü il 3-4 dekabr - Аzərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) təşkilatçılığı ilə dəyirmi masa formatında keçiriləcək tədbirdə iştirak etmək məqsədilə, Almaniyanın Berlin şəhərinə ezam olunmuşdur.
 

Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Gürcüstan Auditorlar, Mühasiblər və Maliyyə Menecerlər Federasiyası arasında (Bakı şəhəri, 2014-cü il 16 aprel) əməkdaşlıq sazişi imzalanmışdir.
 

Azərbaycan Respublikasının Auditorlar Palatası ilə  Monteneqro Mühasiblər və Auditorlar İnstitutu arasında (Bakı şəhəri, 2014-cü il 14 may) əməkdaşlıq sazişi imzalanmışdir. 
 

2014-cü il 14-15 may -Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş audit xidmətlərinin təkmilləşdirilməsi üzrə vəzifələrin icrası istiqamətində Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar Palatası, Bakı Biznes Universiteti, Rusiya Auditorlar Kollegiyası, Monteneqro Mühasiblər və Auditorlar İnstitutu və Gürcüstan Auditorlar, Mühasiblər və Maliyyə Menecerləri Federasiyasının birgə təşkilatçılığı ilə Auditorlar Palatasının işçi qrupu tərəfindən hazırlanmış “Auditor fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin müzakirəsinə həsr olunmuş «Müasir şəraitdə audit qanunvericiliyi» mövzusunda beynəlxalq elmi-praktik simpozium keçirilmişdir.

 

Auditorlar Palatasının 2015-2017-ci illər üzrə iş planının 6.1-ci “Auditə dair kitabların, dərs vəsaitlərinin, məlumat və təbliğat xarakterli materialların nəşr etdirilməsi” bəndinin 6.1.2-ci “Beynəlxalq audit standartlarının 2013-cü il üzrə versiyasının nəşri” bəndinin icrası ilə əlaqədar “Keyfiyyətə nəzarət, audit, təhlil, digər təsdiqləmə və əlaqəli xidmətlər üzrə Beynəlxalq Standartlar Toplusunun I və II cildi” nəşr etdirilmiş və 2015-ci il 27 noyabr tarixində Auditorlar Palatasında təqdimetmə mərasimi keçirilmişdir.
 

İş planının 1.27-ci “Məcburi auditdən yayınmaya görə inzibati məsuliyyətin tətbiqi ilə bağlı tədbirlərin görülməsi”  bəndinin icrası ilə əlaqədar 2015-ci il 30 iyun  tarixində məcburi auditdən yayınmaya görə inzibati məsuliyyətin tətbiqi ilə bağlı tədbirlərin görülməsinə dair hesabatın müzakirəsi “Dəyirmi masa” formatında təşkil edilmişdir. “Dəyirmi masa”nın nəticələri barədə geniş material hazırlanmış və ictim
aiyyətə çatdırılması məqsədilə “İqtisadiyyat” qəzetinin 2015-ci 10 iyul tarixli nömrəsində dərc etdirilmişdir.
 

Auditorlar Palatasının Şurasının 2015-ci il 20 oktyabr tarixli 267/1 saylı  “Auditorlar Palatası tərəfindən auditor təşkilatlarının və sərbəst auditorların maliyyə-təsərrüfat fəaliyyətlərinin yoxlanılmasının dayandırılması barədə” qərarı ilə auditor təşkilatlarının və sərbəst auditorların maliyyə-təsərrüfat fəaliyyətlərinin yoxlanılması 2015-ci ilin 1 noyabr tarixindən 2 il müddətinə dayandırılmışdır.
 

2015 -ci il 23 yanvar – Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın 13.2-ci bəndinə və “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyası”na (2012-2020-ci illər) müvafiq olaraq auditin normativ hüquqi bazasının təkmilləşdirilməsi məqsədi ilə Auditorlar Palatası tərəfindən hazırlanmış «Auditor fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsinə həsr olunmuş «Dəyirmi masa» keçirilmişdir.
 

2015 - ci il 30 aprel – Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizədə auditin qarşısında duran problemlər və onun həlli yolları” mövzusunda konfrans keçirilib.Konfrans Auditorlar Palatasının, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Maliyyə Monitorinq Xidmətinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.
 

2015 - ci il 30 iyun – Azərbaycan Respublikasının Auditorlar Palatasında auditdən yayınmaya görə inzibati məsuliyyətin tətbiqi ilə bağlı tədbirlərin görülməsinə dair hesabatın müzakirəsi “Dəyirmi masa” formatında təşkil edilmişdir.
 

 

2015-ci il 27-28 aprel -  Audit və Mühasibatlıq Standartları üzrə Təcrübə Cəmiyyətinin “Avropa İttifaqının tələbləri və ən yaxşı beynəlxalq təcrübənin mübadiləsi üzrə mühasibat uçotu və audit qanunvericiliyinin müasirləşdirilməsi” mövzusunda keçirilmiş iclasında Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov,  Beynəlxalq Standartlar üzrə Komitənin sədri Namiq Abbaslı və Beynəlxalq Standartlar üzrə Komitənin sədr müavini Elnur Qurbanov iştirak etmişdir.
 

2015-ci il 5 may -  ACCA (Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) və ecoDA (Direktorlar Assosiasiyalarının Avropa Konfederasiyası) birgə təşkilatçılığı ilə Brüssel şəhərində keçirilmiş korporativ idarəetmə tədbirində Auditorlar Palatasının Şurası yanında Beynəlxalq Əlaqələr Komitəsinin sədri Lamiyə Bayramova iştirak etmişdir.
 

2015-ci il 1 iyun - Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov və Aparatın rəhbəri Qəşəm Bayramov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən «ATOMEKSPO 2015» VII Beynəlxalq Forumu çərçivəsində «Aşkarlıq şəraitində  daxili nəzarət» mövzusunda «dəyirmi masa»da iştirak etmişlər.
 

2015-ci il 25-26 iyun - Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti Portuqaliyanın Lissabon şəhərində keçirilən Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) İllik Ümumi Yığıncağında və EFAA ilə Portuqaliyanın Sertifikatlı Mühasiblər Birliyinin (OTOC) birgə  təşkil etdikləri “Qlobal iqtisadi böhran və onun aradan qaldırılması - Maliyyə hesabatlığına tənqidi baxış” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir.
 

2015-ci il 21-22 sentyabr -  Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Auditorlar, Mühasiblər və Maliyyə meneceri Federasiyasının təşkilatçılığı ilə Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində “Mühasibat uçotu və audit sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və sertifikatlaşdırma: Gürcüstan üçün beynəlxalq təcrübənin ön plana çəkilməsi” mövzusunda keçirdiyi beynəlxalq konfransda iştirak etmişdir. 
 

2015-ci il 11-12 noyabr tarixlərində Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) Sinqapur şəhərində keçirilmiş şura iclasında Auditorlar Palatasının Şurası yanında Beynəlxalq əlaqələr Komitəsinin sədri Lamiyə Bayramova iştirak etmişdir.
 

2015-ci il 18 noyabr tarixində CCAB-nin (Mühasibat Təşkilatlarının Məsləhət Komitəsi) təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüssel şəhərində “Çirkli Pulların Yuyulması və Terrorçuluğa qarşı mübarizə: maliyyə peşəkarlarının və mühasiblərin rolu” mövzusunda keçirilmiş tədbirdə Auditorlar Palatasının üzvü, sərbəst auditor Rahim Əlizadə iştirak etmişdir.
 

2015-ci il 8 oktyabr tarixində “Qloballaşma şəraitində mühasibat uçotu və audit: Mərhələlər, meyllər və inkişaf perspektivləri” mövzusunda Mühasiblərin və Auditorların    V Avrasiya forumu keçirilmişdir. 


2015 - ci il 22 dekabr – «Turizm müəssisələrində audit  aparılmasına dair proqram»ı  nəzərdə tutulmuş və Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri, sərbəst auditor Nəcəf Talıbov tərəfindən həmin proqram işlənib hazırlanmışdır 

 

2016-cı il 15 yanvar tarixində Azərbaycan Respublikasının Auditorlar Palatası və Qafqaz Universiteti arasında ƏMƏKDAŞLIQ SAZİŞİ imzalanmışdır
 

Auditorlar Palatasında “Müasir şəraitdə auditin əsas vəzifələri” mövzusunda 2016-cı il 25 fevral tarixində dəyirmi masa keçirilmişdir.
 

2016-cı ili 05-06 aprel tarixlərində Auditorlar Palatasının 20 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaq və “Müasir şəraitdə auditin tənzimlənməsinin aktual problemləri” mövzsunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
 

Auditorlar Palatasının Sədri, İqtisad elmləri doktoru, professor Vahid Novruzovun 2016-cı il 05 aprel tarixində “Auditor xidməti Azərbaycanın iqtisadi qüdrətinin möhkəmləndirilməsində mühüm rol oynayır” mövzusunda məqaləsi “RESPUBLİKA” qəzetində dərc olunmuşdur.
 

Kadr hazırlığı, Akkreditasiya və Beynəlxalq əlaqələr idarəsinin rəisi S.Gülməmmədov tərəfindən 2016-ci il 22 aprel tarixində hazırlanmış “2016-cı ilin 05-06 aprel tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Auditorlar Palatasının 20 illik yubileyinə həsr olunmuş tədbir və «Müasir şəraitdə auditin tənzimlənməsinin aktual problemləri” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfrans barədə material “İQTİSADİYYAT” qəzetində dərc olunmuşdur.
 
 

Aparatın rəhbəri Q.Bayramov tərəfindən 2016-ci 06 may tarixində hazırlanmış “Azərbaycan auditi 2015-ci ildə” adlı məqalə “İQTİSADİYYAT” qəzetində dərc olunmuşdur.
 

2016-cı il 17-18 may tarixlərində Auditorlar Palatasında “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlara uyğun hazırlanması” və “Firmadaxili standartların tərtibinə dair metodik göstərişin şərhi” mövzularında təlim keçirilmişdir. 

2016-cı il 20-21 may tarixlərində Tbilisi “20 illik peşəkar inkişaf: Avropa inteqrasiyası və Peşənin problemləri” mövzsunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Həmin konfransda Palatanın sədri, professor V.Novruzov, Aparatın rəhbəri Q,Bayramov, Maliyyə və təsərrüfat idarəsinin rəisi V.Rəhimov iştirak etmişlər.
 

2016-cı il 16-17 iyun tarixlərində Kişinyov şəhərində “Mühasibat uçotu və audit peşəsinin problemləri və imkanları: dünya təcrübəsi və həlli yollar” mövzusunda konfrans keçirilmişdir. Həmin konfransda Palatanın sədri, professor V.Novruzov və Aparatın rəhbəri Q,Bayramov iştirak etmişlər 

2016-cı il 28 iyun tarixində “Korrupssiya ilə mübarizədə və şəffaflığın artırılmasında auditorların qarşısında duran vəzifələr”  mövzusunda dəyirmi masa keçirilmişdir

2016-cı il 05-06 oktyabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Monteneqro Respublikasının paytaxtı Podqoresta şəhərlərində işgüzar səfərdə olmuşlar. Həmin konfransda Palatanın sədri, professor V.Novruzov və Aparatın rəhbəri Q,Bayramov  iştirak etmişlər.
 

2016-cı il 12 oktyabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Belarus Respublikasının paytaxtı Minsk şəhərlərində işgüzar səfərdə olmuşlar. Həmin konfransda Palatanın sədri, professor V.Novruzov, Aparatın rəhbəri Q,Bayramov, Sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbov və “ANR audit” MMC-nin direktoru N.Abbaslı iştirak etmişlər.
 

2016-cı il 18 oktyabr tarixində Auditorlar Palatasının Beynəlxalq Əlaqələr üzrə Komitəsinin sədri Lamiyə Bayramova Belçikada işgüzar səfərdə olmuşdur.


 

 

 

 

 

 





 

 

 


Yuxarı

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur