MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

AUDİTORLARIN NƏZƏRİNƏ!    



E L A N

 

Müəsissə və təşkilatların rəhbərlərinə!

 

Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq məcburi auditin subyekti olan hüquqi şəxslər hər il maliyyə hesabatlarının düzgünlüyünü müstəqil auditor rəyi ilə təsdiq etdirməlidirlər.

Auditdən keçməyən hüquqi şəxslərin rəhbərlərinə tövsiyə olunur ki, 2016-cı il üzrə maliyyə hesabatlarının təxirə salmadan müstəqil auditorun rəyi ilə təsdiq olunmasını təmin etsinlər.

Xatırladırıq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə görə məcburi auditdən yayınmağa görə inzibati cərimə tətbiq edilməsi nəzərdə tutulmuşdur.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə 03 may 2017-ci il tarixli 1361 nömrəli Fərmanına müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, qanunvericiliklə  nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti Azərbaycan Respublikasının Auditorlar Palatasına həvalə edilmişdir.

Auditor təşkilatları və sərbəst auditorlar barədə məlumatları Auditorlar Palatasının www.audit.gov.az  saytından əldə edə bilərsiniz.

 (Məsul şəxs: Məhkəmələrlə iş və inzibati protokollar şöbəsinin müdiri Elnur İbrahimov, Əlaqə telefonları: (012) 465-65-35; 465-65-48 (dax. 211), (050) 225-50-50)

 

Azərbaycan Respublikasının Auditorlar Palatası




 


AUDİTORLARIN NƏZƏRİNƏ

BEYNƏLXALQ MÜHASİBLƏR FEDERASİYASININ "KİÇİK VƏ ORTA MÜƏSSİSƏLƏRIN AUDİTİNDƏ BEYNƏLXALQ AUDİT STANDARTLARININ   TƏTBİQİNƏ DAİR TƏLİMAT"ın I və II cildi Palatanın internet səhifəsində yerləşdirilmişdir.

Həmin materialın tərcüməsi və redaktəsi barədə rəy və təkliflərininizi  Palatanın elektron ünvanına göndərməniz xahiş olunur.

   Guide to using ISAs in the audit of SME-Volume 1_AZ

   
Guide to using ISAs in the audit of SME-Volume 2_AZ




 


Sərbəst Auditorların və Auditor Təşkilatlarının

nəzərinə!

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyatı qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən, Ümumi Siyahı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 2017-ci il 19 aprel tarixində yenilənmişdir.

Həmin siyahı ilə tanış olmağınız və auditor xidməti göstərərkən nəzərə almağınız zəruridir. (siyahı əlavə olunur)

Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilmişdir.

Həmin sayta daxil olaraq zəruri məlumatları əldə edin.



 

 

Sərbəst Auditorların və Auditor Təşkilatlarının

nəzərinə!

Cari ilin 22-24 fevral tarixlərində Fransa Respublikasının paytaxtı Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) növbəti plenar iclası keçirilmişdir.

Plenar iclasda qəbul edilmiş 2017-ci il 24 fevral tarixli İctimai Bəyanatla Koreya Xalq Demokratik Respublikası cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mövcud risklər nəzərə alınaraq, bu sahədə mühüm çatışmazlıqlara malik olmaqla qlobal təhlükə mənbəyi olan dövlət kimi müəyyən olunmuşdur. Eyni zamanda, Bəyanatda İran İslam Respublikasının çatışmazlıqların aradan qaldırılması istiqamətində nümayiş etdirdiyi siyasi iradə və praktiki addımlar nəzərə alınmaqla təsir tədbirlərin əvvəlki İctimai Bəyanata uyğun olaraq 24 iyun 2017-ci il tarixinədək dayandırılması barədə qərar qəbul edilmişdir. İctimai bəyanatın rəsmi mətni ilə FAFT-ın internet səhifəsində aşağıdakı link üzrə  tanış olmaq mümkündür:

http://www.fatf-gafi.org/publications/high-riskandnon-cooperativejurisdictions/documents/public-statement-february-2017.html 

Koreya Xalq Demokratik Respublikası və ona mənsub hüquqi və fiziki şəxslərlə həyata keçirilən pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara xüsusi diqqət yetirilməsi, əlavə eyniləşdirmə və verifikasiya tədbirlərinin tətbiqi, maliyyə institutları ilə müxbir münasibətlərin qurulmasına dair xüsusi tələblərin irəli sürülməsi FATF tərəfindən dövlətlərdən tələb olunur.

FATF-ın qərarına analoji qaydada İran İslam Respublikasının adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 123 nömrəli Qərara əsasən tərtib olunan siyahıda saxlanılmaqla ona münasibətdə tətbiq edilən bütün tədbirlər ölkəmiz tərəfindən 24 iyun 2017-ci il tarixinədək dayandırılmışdır.

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” AzərbaycanRespublikası Qanununun 7.3-cü maddəsinə uyğun olaraq, bu məlumatların auditor xidməti göstərilən zaman nəzərə alınması zəruridir. 



 

14.03.2017

AUDİTORLAR PALATASININ ÜZVÜ

OLAN AUDİTOR TƏŞKİLATLARININ

RƏHBƏRLƏRİNƏ VƏ SƏRBƏST

AUDİTORLARA

Hörmətli Auditorlar Palatasının üzvləri,

Məlumat üçün bildiririk ki, Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) Beynəlxalq Audit və Təsdiqləmə Standartları Şurası (İAASB) tərəfindən 2016-cı ilin maliyyə hesabatlarının auditi zamanı yeni tərtib edilmiş 206 saylı “İdarəetməyə məsul şəxslərlə əlaqə”, 570 saylı “Müəssisənin fəaliyyətinin fasiləsizliyi ehtimalı”, 700 saylı “Maliyyə hesabatları haqqında rəyin formalaşdırılması və hesabat verilməsi”, 701 saylı “Müstəqil auditor hesabatında əsas audit məsələləri haqqında məlumat vermə”, 705 saylı “Müstəqil auditorun hesabatındakı rəyə edilən dəyişikliklər”, 706 saylı “Müstəqil auditorun hesabatında izahedici paraqrafı və digər məsələlər paraqrafı”, 720 saylı “Auditi aparılmış maliyyə hesabatlarını əks etdirən sənədlərdəki digər məlumatlar üzrə auditorun məsuliyyəti” Beynəlxalq Audit Standartlarına və Auditorlar Palatası Şurasının 2016-cı il 27 dekabr tarixli 284/5 saylı “Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) Beynəlxalq Audit və Təsdiqləmə Standartları Şurasının (İAASB) təsdiq etdiyi Yenilənmiş Beynəlxalq Audit Standartlarının tətbiqi barədə” qərarına uyğun olaraq, 2016-cı ilin yekunlarına dair aparılacaq auditlər təsdiq edilmiş yeni rəy formaları ilə təsdiqlənməlidirlər. Bu məqsədlə 2017-ci il 17 yanvar  tarixində “Yenilənmiş BAS-na müvafiq auditor hesabatının və rəylərin hazırlanması” mövzusunda Auditorlar Palatasında seminar keçirilmişdir. Seminarda Auditorlar Palatasının üzvlərinə tapşırılmışdır ki, 2016-cı ilin maliyyə hesabatlarının auditi aparılarkən yeni tərtib edilmiş rəydən istifadə edilsin. Eyni zamanda, qeyd edilən dəyişikliklər barədə materiallar Sizin elektron-poçt ünvanınıza göndərilmişdir. Lakin, bunlara baxmayaraq, bəzi üzvlərimiz tərəfindən hələ də sifarişçilərin maliyyə hesabatlarının auditinə dair rəylər köhnə qayda ilə verilir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Sizə bir daha xəbərdarlıq edirik ki, apardığınız auditin nəticələrinə dair verdiyiniz rəylərin yeni standartların tələblərinə uyğun tərtib edilməsinə riayət edəsiniz. Yenilənmiş Beynəlxalq Audit Standartlarının tələblərinə riayət etməyən auditor təşkilatları və sərbəst auditorlar barədə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.

Hörmətlə,

Kadr hazırlığı, akkreditasiya və

beynəlxalq əlaqələr idarəsinin rəisi                        S.Gülməmmədov



 

14.03.2017

AUDITOR TƏŞKILATLARININ RƏHBƏRLƏRİNƏ

VƏ SƏRBƏST AUDITORLARA

 XİDMƏTİ MƏKTUB

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16.12.2016-cı il tarixli 461-VQD nömrəli Qanununa və Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 01.01.2017-ci il tarixdən etibarən hesablaşmalar üzrə nağdsız ödənişlər məhdudlaşdırılmış və qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə maliyyə sanksiyalarının tətbiq olunması  nəzərdə tutulmuşdur. Eyni zamanda hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

Bunu nəzərə alaraq öz sahibkarlıq fəaliyyətinizdə nağdsız hesablaşmalara dair qanunvericiliyin tələblərinə sözsüz əməl olunmasını təmin etmək Sizə tapşırılır. Eyni zamanda maliyyə hesabatlarının auditini apardığınız, habelə əlaqəli auditor xidməti göstərdiyiniz zaman sifarişçiləriniz tərəfindən qanunda göstərilən müddəalara  əməl edilməsinə xüsusi diqqət yetirilməsi tövsiyə olunur.

Qanunvericiliyin tələblərinə görə ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 (iki yüz min) manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 (otuz min) manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 (on beş) min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Yuxarıda qeyd olunan məhdudiyyət ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 (iki yüz min) manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minir.

Nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur:

- bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompyuter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar;

- ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar;

- birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar.

Hər iki tərəf vergi ödəyicisi olan şəxslər arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompyuter və digər avadanlıq) ilə həyata keçirilə bilər.

Yuxarıda qeyd olunanlardan asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir:

- vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;

- “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər;

- dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;

- əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 (iki yüz min) manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar;

- stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi;

- faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması;

- dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);

- təhsil haqlarının ödənilməsi;

- turagentlərə ödəmələr.

Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilinən mallar "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilmişdir.

Qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların yalnız nağdsız qaydada həyata keçirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 

Eyni zamanda hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. 





03.03.2017

 

Sərbəst Auditorların və Auditor Təşkilatlarının

nəzərinə!

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyatı qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən, Ümumi Siyahı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 2017-ci il 03 mart tarixində yenilənmişdir.

Həmin siyahı ilə tanış olmağınız və auditor xidməti göstərərkən nəzərə almağınız zəruridir. (siyahı əlavə olunur)

Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilmişdir.

 

 


   
       
DÖVLƏT MÜHASİBLƏR TƏŞKİLATLARININ SƏDRLƏRİNƏ

 

Hörmətli sədr və həmkarlar,

Sizi Parisdə keçiriləcək  Sertifikatlı Dövlət Mühasiblərinin Fransa İnstitutunun (CSOEC) 70-ci  Konqresinə  dəvət etməkdən böyük məmnunluq hissi keçirirəm.  Bu, 5000-dən çox Sertifikatlı Dövlət Mühasiblərinin (CPAs) iştirak edəcəyi gözlənilən Fransada və yəqin ki, bütün dünyada peşə üçün çox böyük tədbir olacaq. Sertifikatlı Mühasiblər Şurası yaranandan 70 il sonra bu ilki Konqres üçün mövzu "Rəqəmsal Mühasib"-dir. O, rəqəmsal iqtisadiyyatda aparıcı iştirakçı olmaq üçün lazımi təşkilati dəyişikliklər etmək məqsədilə bütün ölçülü təcrübələr üçün zəruri ehtiyaclara ünvanlanacaq. Konqresi çox nüfuzlu əsas məruzəçilər, o cümlədən, İFAC-ın Prezidenti Olivia Kirtley aparacaq. Seminar və plenar sessiyalar İngilis dilinə tərcümə olunacaq. Sizi Parisdə salamlamaq mənim üçün böyük şərəf olardı və ona görə də mən sizə təklif edirəm ki, indi təqviminizdə bu tarixi qeyd edib yadda saxlayasınız.

Siz bura basaraq daha çox məlumat ala bilərsiniz və bu dəvət haqqında təfsilatları əldə etmək üçün Sedric GELARD-a iştirakınızı təsdiq etdirin.


PROQRAMI buradan yükləyə bilərsiniz! 

 

Hörmətlə,

Philippe ARRAOU
CSOEC-nin prezidenti






Sərbəst Auditorların və Auditor Təşkilatlarının

nəzərinə!

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyatı qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti tərəfindən Ümumi Siyahı 2015-ci il 13 noyabr tarixində yenilənmişdir.

Həmin siyahı ilə tanış olmağınız və auditor xidməti göstərərkən nəzərə almağınız zəruridir.

Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (www.fyu.az/aze/ümumi-siyahı) yerləşdirilmişdir.

Həmin sayta daxil olaraq zəruri məlumatları əldə edin.

Yuxarı

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur