MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

Namazəliyev Yaşar Adil oğlu    




Auditin keyfiyyətinə nəzarət şöbəsinin müdiri

 

Namazəliyev Yaşar Adil oğlu















Tel.: 012/465-65-35 (daxil: 210)


Qəbul günü: 
 

E-mail: yashar@audit.gov.az 

 
1949-cu ilin mart ayının 9-da Füzuli rayonunda qulluqcu ailəsində anadan olmuşdur.  


1966-cı ildə Füzuli rayon 2 saylı orta məktəbi bitirmiş və həmin il Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olub 1970-ci ildə «Maliyyə və kredit» ixtisası üzrə bitirmişdir.

 

İnstitutu bitirdikdən sonra əmək fəaliyyətinə Bakı şəhər maliyyə şöbəsində iqtisadçı kimi başlamış, 1971-1993-cü illərdə isə Maliyyə Nazirliyi aparatının ayrı-ayrı struktur bölmələrində baş iqtisadçı, şöbə rəisinin müavini, idarə rəisi, Baş Büdcə İdarəsinin rəisi vəzifələrində çalışmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 22 yanvar 1990-cı il tarixli 37 №-li qərarı ilə Respublika Maliyyə Nazirliyinin Kollegiya üzvü təsdiq edilmişdir. 1993-1996-cı illiərdə Maliyyə Nazirliyinin nəzdində Təsərrufat hesablı  Auditor Mərkəzinə başçılıq etmişdir.

1996-cı ilin avqust ayından "Azəri-Audit" auditor firmasının təsisçisi və direktoru olmuşdur.

2001-ci ilin iyun ayında Azərbaycan Respublikası Auditorlar Palatasının Nəzarət departamentinə direktor təyin edilib, 2007-ci ilin yanvar ayında təsdiq edilmiş yeni struktur ilə əlaqədar Nəzarət departamenti Auditin keyfiyyətinə nəzarət şöbəsi adlandırılıb və Yaşar Namazəliyev şöbə müdiri vəzifəsinə təyin edilib və hal-hazıradək həmin vəzifədə çalışır.

2002-ci ilin noyabr ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

Moskva şəhərində yerləşən Ümumittifaq Qiyabi Maliyyə İqtisad İnstitutunun "Dövlət və kooperativ ticarətdə maliyyə planlaşdırılması" və "SSRİ-də pul tədavülü və kredit" ixtisasları üzrə kurslarını bitirmişdir.

Bakı Marksizm-Leninizm Universitetininin sosioloji tədqiqat şöbəsini bitirmişdir.

SSRİ Maliyyə Nazirliyi və Dövlət İdarələri işçilərinin Həmkarlar İttifaqları Mərkəzi Komitəsi tərəfindən «Maliyyə işi əlaçısı» döş nişanı ilə təltif olunmuşdur.

SSRİ Nazirlər Soveti yanında Xalq Təsərrüfatı Akademiyasının Dövlət İdarəetmənin Ali səviyyəli rəhbərlərinin İxtisasartırma İnstitutunda istehsalın İdarə olunması və təşkilinin müasir metodları üzrə tam xüsusi kursunu bitirmişdir.

1997-1998-ci illərdə Avropa Birliyinin «TACİC» proqramı çərçivəsində Azərbaycan Respublikası Auditorlar Palatasında ixtisasartırma kursunu, davamını isə Almaniyada bitirib, Beynəlxalq Mühasibat uçotu prinsipləri və Audit metodologiyası, eləcə də Müflisləşmə üzrə mütəxəssis sertifikatlarını almışdır. Bundan başqa, Auditorlar Palatasının keçirdiyi müxtəlif ixtisasartırma kurslarında iştirak edib sertifikatlar almışdır.

2000-ci ildən ABŞ-da yerləşən Daxili Auditorlar İnstitutunun üzvlüyünə qəbul edilərək Beynəlxalq sertifikat almışdır.

27 dekabr 2007-ci il tarixdə Azərbaycan Respublikasının Fəxri Auditoru adına layiq görülmüşdür.

15 sentyabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1730 saylı sərəncamı ilə Azərbaycan Respublikasının dövət mükafatı  - "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Ailəlidir, iki övladı var.






Yuxarı

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur