MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

PARTNYORLAR    Yerli qurumlar

                                                

2001-ci il 05 noyabr — Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Bank Tədris Mərkəzi — birgə fəaliyyət barədə razılaşdırma protokolu. Azərbaycan Respublikası Mərkəzi Bankı  - Azərbaycan Respublikasının 1991-ci il 8 oktyabr tarixli Qanununa əsasən büdcə-maliyyə sisteminin tənzimi, habelə mərkəzi dövlət idarəetmə orqanlarının yaradılması və ləğvi məsələləri Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə müəyyən olunurdu. Məhz, “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Bankı yaradılmışdır. Fərman fevralın 12-də qüvvəyə minmişdir. “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Milli Bankı” “Azərbaycan Respublikasının Mərkəzi Bankı” adlandırılmışdır.

Azərbaycan Bank Tədris Mərkəzi  - Bugün  kommersiya  bank işi və  biznesin  idarə edilməsi  sahəsində  Azərbaycan  təlim  və   məsləhət xidmətləri bazarında aparıcı təşkilat olan Azərbaycan Bank  Tədris   Mərkəzi  (ABTM)  Azərbaycan  Mərkəzi Bankının təşəbbüsü və dəstəyi, Azərbaycan Banklar Assosiasiyasının təsisçiliyi və yaxından köməyi, Avropa Birliyi TACİS proqramının texniki yardımı ilə 2000-ci ilin fevral ayında yaradılmışdır.

http://www.cbar.az/ - Ünvan: AZ1014, Azərbaycan Respublikası, Bakı şəh.,R.Behbudov küç.90, 
Tel.: (+99412)493-11-22
Faks: (+99412)493-55-41
Elektron poçt: mail@cbar.az

 http://www.abtc.az/ - Ünvan: World Business Centre (9-cu mərtəbə), S.Vurğun küç.43, AZ1014, Bakı şəh., Azərbaycan Respublikası;

Tel.: (+99412) 497 07 10, 497 07 11, 497 07 12, (+99450) 225 38 88;

Faks: (+99412) 597 30 54

Elektron poçt:  Office@abtc.az


2003-cü il 16 iyun — Azərbaycan Dövlət İqtisad Universiteti — əməkdaşlıq haqqında saziş. Ölkəmizdə ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan SSR Xalq Komissarları Şurasının qərarına əsasən o zamankı Azərbaycan Dövlət Universitetinin ayrı-ayrı institutlara bölünməsi və onun tərkibindəki İqtisad bölməsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutunun yaradılması ilə bugünkü Azərbaycan Dövlət İqtisad Universitetinin təməli qoyulmuşdur. 1930-cu ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir. UNEC-də 8 fakültə fəaliyyət göstərir, 21 ixtisas üzrə 18 mindən çox tələbə və magistrant təhsil alır. Mindən çox müəllim, o cümlədən sıralarında Milli Elmlər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvləri, Dövlət Mükafatı laureatları, əməkdar müəllim və elm xadimlərinin olduğu 120 professor, 600 dosent çalışır. UNEC-də dünyanın 12 ölkəsindən olan 850-dən çox tələbə və magistrant təhsil alır.

http://unec.edu.az/ -  Əsas bina: Bakı şəh., İstiqlaliyət 6

Tel.: (+99412) 437 10 86



2003-cü il 25 iyun — Azərbaycan Respublikasının Vergilər Nazirliyi — partnyorluq sazişi. Bazar iqtisadiyyatına keçid şəraitində məqsədyönlü və ardıcıliqtisadi siyasətin həyata keçirilməsində, ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında Vergi xidməti orqanlarının rolu durmadan artır. Bu xidmət ölkə iqtisadiyyatında bazar münasibətlərinə keçidlə əlaqədar, bu münasibətlərin tənzimlənməsində və dövlət büdcəsinin mədaxil hissəsinin formalaşmasında vergilərin rolunun artması ilə bağlı olaraq, yeni iqtisadi münasibətlər şəraitində prinsipial cəhətcə yeni vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə çatası Vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən Vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə 1990-cı ilin iyul ayında Respublika Maliyyə Nazirliyinin tərkibində yaradılmışdır.

Sonradan, 1991-ci ilin oktyabrında Vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədi ilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılmış və müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlamışdır.

Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il tarixli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilmiş, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Vergilər Nazirliyi yaradılmışdır.

http://www.taxes.gov.az/-

Ünvan: Azәrbaycan Respublikası,AZ1073,
Bakı şәhәri,Landau küç.,16
Tel.:(99412)4038970
Faks:(99412)4038971
Email: office@taxes.gov.az 

 


 

2004-cü il 01 iyun — Azərbaycan Memarlıq və İnşaat Universiteti — əməkdaşlıq müqaviləsi. Azərbaycan Memarlıq və İnşaat Universiteti 1920-ci ildə Bakı Politexnik Universitetinin tərkibində "İnşaat" fakültəsi, 1932-34-cü illərdə sərbəst İnşaat İnstitutu, 1934-cü ildən Azərbaycan Sənaye İnstitutunun tərkibində "İnşaat" fakültəsi kimi fəaliyyət göstərmişdir. 1951-ci ildə Azərbaycan Politexnik İnstitutunun yaranması ilə əlaqədar "İnşaat" fakültəsi oraya köçürülmüşdür. 1975-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılmışdır. 1992-ci ildən İnstitut Universitet statusu almışdır. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır.

http://azmiu.edu.az/ - Elmi katib - Tel: (+994 12) 539 10 78
Tel: (+994 12) 539 10 45 (2-43) info@azmiu.edu.az


 

 

2010-cu il 27 aprel — Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası —  əməkdaşlıq sazişi.
5 mart 1999-cu ildə təsis edilmiş, 9 aprel 1999-cu il tarixdə dövlət qeydiyyatından keçmişdir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Azərbaycan Respublikasında işəgötürənlərin ictimai birliyi olaraq, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına kömək edən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla), sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında fəaliyyətini əlaqələndirən, onlara ölkədə və xaricdə tərəf-daşlar tapmağa kömək edən, hüquqi və iqtisadi mənafelərini müdafiə edən, Konfederasiya üzvlərinin biznesini müxtəlif risklərdən qoruyan, özünü idarəedən, ictimai-faydalı məqsədləri daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

http://ask.org.az/ - Ünvan: Azərbaycan Respublikası, Bakı ş., AZ 1110 Akademik Həsən Əliyev küç, 57, 3-cü mərtəbə

Telefon: (+99412) 465 72 42 Email: office@ask.org.az

 


 

2010-cu il 05 may — Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi — korrupsiyaya ilə mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 mart tarixli 114 nömrəli Sərəncamı ilə yaradılmışdır.

Baş İdarə korrupsiya ilə bağlı cinayətlər üzrə həyata keçirilən ibtidai istintaq sahəsində ixtisaslaşmış qurumdur və Azərbaycan Respublikasının Baş prokuroruna tabedir. aş İdarənin əsas vəzifələrinə korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş məlumatlara baxmaq və araşdırma aparmaq, korrupsiya ilə bağlı cinayətlərlə əlaqədar cinayət işi başlamaq və ibtidai istintaq aparmaq, korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması məqsədi ilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək, korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini İdarənin yazılı tapşırığı əsasında əməliyyat-axtarış fəaliyyətinin digər subyektləri yerinə yetirdikdə bu sahədə qanunların icrasına nəzarəti həyata keçirmək, korrupsiya ilə bağlı cinayətlərin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın ödənməsi, habelə tətbiq oluna biləcək əmlak müsadirəsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görmək, korrupsiyaya qarşı mübarizənin vəziyyətini öyrənmək, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr hazırmaq, korrupsiya ilə bağlı cinayətlərin ibtidai istintaqı, habelə həmin işlərin məhkəmə baxışı zamanı cinayət prosesində iştirak edən şahidlərin, zərərçəkmiş, təqsirləndirilən və digər şəxslərin təhlükəsizliyi üçün tədbirlərin görülməsini təmin etmək, korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər barədə Baş prokuror vasitəsilə Azərbaycan Respublikasının Prezidentinə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya mütəmadi olaraq məlumat vermək, korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq etmək, görülən tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq və fəaliyyətində aşkarlığı təmin etmək və s. daxildir.

http://www.genprosecutor.gov.az/content/40/bas-prokuror-yaninda-korrupsiyaya-qarsi-mubarize-bas-idaresi - Ünvan: Bakı şəhəri, Binəqədi ray., Səttar Bəhlulzadə 10A

Rəis – Əliyev Kamran Bayram oğlu
Tel: 361-10-02
E-poçt ünvanı: k.aliyev@prosecutor.gov.az 
Rəis müavini – Abbasov İlqar Rza oğlu
Tel: 361-10-04
E-poçt ünvanı: i.abbasov@prosecutor.gov.az
Rəis müavini – Nağıyev Əli Nağı oğlu
Tel: 361-10-07
E-poçt ünvanı: a.nagiyev@prosecutor.gov.az

 


 

2010-cu il 16 avqust — Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi — əməkdaşlığa dair Anlaşma Memorandumu. 1998-cu il 30 dekabr tarixində "Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılması haqqında" fərmanın imzalanması ilə Azərbaycan qiymətli kağızlar bazarının inkişafının növbəti mərhələsi başlandı. İlk növbədə, Fərmana müvafiq olaraq Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yaradıldı.

QKDK öz fəaliyyət istiqamətlərinə uyğun olaraq qiymətli kağızlar bazarının tənzimlənməsi ilə bağlı normativ aktların qəbul edilməsi, qiymətli kağızların emissiyası və tədavülü, qiymətli kağızlar bazarı iştirakçılarının və investisiya fondlarının fəaliyyətləri, qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəlikləri bazarı, müvafiq fəaliyyət növlərinin lisenziyalaşdırılmasının həyata keçirilməsi, lotereyaların təşkili və keçirilməsi, qiymətli kağızlar bazarında investorların və qiymətli kağızlar bazarının iştirakçılarının hüquqlarının müdafiəsi, sağlam rəqabət mühitinin yaradılması üzrə dövlət tənzimlənməsini və nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

http://www.fiu.az/aze/qiym%C9%99tli-kagizlar-uzr%C9%99-dovl%C9%99t-komit%C9%99si/-

Ünvan:AZ1000 Bakı,Bülbül prospekti 19
Tel:(99412) 4935058
Faks:(99412) 5982559 
E-mail: office@scs.gov.az   







 

 

2010-cu il 01 dekabr — Azərbaycan Respublikasının Hesablama Palatası — əməkdaşlığa dair Anlaşma Memorandumu. Hesablama Palatası Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır.

Qanunvericiliyə əsasən Hesablama Palatasının həyata keçirdiyi dövlət maliyyə-büdcə nəzarətinin əsas istiqamətləri aşağıdakıları əhatə edir:

 

- qanunvericiliyə uyğun olaraq büdcə prosesində iştirakı;

- dövlət əmlakının idarə edilməsindən, onun barəsində sərəncam verilməsindən və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarəti;

- ekspert-analitik fəaliyyəti;

- dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə dair rəy verilməsi;

- dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə dair rəy verilməsi;

- Azərbaycan Respublikası Milli Məclisinin və onun komitələrinin tapşırığı ilə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları (təsisatları) ilə bağlı qanun layihələrinin, Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin maliyyə ekspertizası;

- maliyyə-büdcə ekspertizası ilə bağlı auditin keçirilməsi.

Maliyyə-büdcə nəzarətinin əsas istiqamətlərinə uyğun olaraq Palata aşağıdakı funksiyaları həyata keçirir:

- dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə, dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy verir;

- dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin, eyni zamanda Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarəti həyata keçirir;

- dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil edir, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayır və Milli Məclisə təqdim edir;

- Azərbaycan Respublikası Milli Məclisinin və onun komitələrinin tapşırığı ilə Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrinin maliyyə ekspertizasını keçirir;

- dövlət büdcəsinin vəsaitlərinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) vəsaitlərinin bank hesablarında hərəkəti barədə Azərbaycan Respublikasının Milli Bankından və müvəkkil banklardan, kredit təşkilatlarından məlumatlar alır, təhlil edir və Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verir;

- dövlət büdcəsi vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edilmiş göstəricilərə uyğunluğunu təhlil edir və Milli Məclisə məlumat verir;

- aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquqpozuntuları barədə məlumatları Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir;

- dövlət büdcəsinin və icmal büdcəsinin gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditini qanunvericiliyə uyğun olaraq aparır;

- bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın sorğusu əsasında yerli büdcənin maliyyə-büdcə ekspertizasını həyata keçirir.

Bununla yanaşı, Palata Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sorğuları əsasında maliyyə-büdcə ekspertizası keçirir, rəy hazırlayır və təkliflər verir.

Qanunvericliyə əsasən Hesablama Palatası maliyyə-büdcə nəzarətini audit vasitəsilə həyata keçirir.

 

http://www.sai.gov.az/ - Azərbaycan Respublikası, AZ 1000, Bakı şəhəri,Xəqani küç.,33

Tel.:(+99412) 498 13 34     (+99412) 493 51 47
Fax: (+99412) 493 60 86

Elektron ünvan: office@ach.gov.az 


 

 

2010-cı il 17 dekabr — Azərbaycan Universiteti MMC — əməkdaşlıq haqqında müqavilə. Azərbaycanda özəl ali təhsilin bünövrəsi Azərbaycan Universiteti (AU) tərəfindən qoyulub. İlk özəl universitet – Azərbaycan Universiteti 1991-ci ildə prof. Səlahəddin Xəlilov tərəfindən təsis olunub. Azərbaycan Universitetində təhsil “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”, digər normativ-hüquqi və normativ xarakterli aktlarla tənzimlənir. Universitet öz məzunlarına diplom vermək və dövlət ali məktəblərinə şamil edilən bütün güzəştlərə, o cümlədən hərbi xidmətdən möhlət hüququna malikdir.

2006-cı ildən başlayaraq Bolonya bəyannaməsinin tələbləri əsasında fəaliyyət göstərən universitetdə bakalavriat pilləsində 19 ixtisas, magistraturada 9 ixtisaslaşma, doktorantura (dissertantura) səviyyəsində 15 ixtisas üzrə 1299 bakalavriat, 63 magistrant, 24 doktorant və 42 dissertant təhsil alır. Azərbaycan Universitetinin 1995-2016-cı illər ərzində 3200 bakalavriat, 1999-2016-cı illər ərzində 381 magistratura məzunu olub.

Azərbaycan Universitetində 4 fakültə fəaliyyət göstərir, 170 müəllim çalışır. Elmi-pedaqoji heyətdən 1 nəfəri AMEA-nın müxbir üzvü; 13 nəfəri elmlər doktoru, professor; 20 nəfəri dosent; 51 nəfəri isə elmlər namizədidir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə həmyaşıd olan Azərbaycan Universiteti fəaliyyət göstərdiyi 25 il ərzində böyük inkişaf yolu keçib, zəngin elmi-pedaqoji təcrübəyə malik peşəkarlar, qərb təhsilli tədqiqatçı-alimlər, tanınmış professorlardan ibarət yüksək ixtisaslı heyət formalaşdırılıb. Tədris proqramlarının formalaşdırılmasında dünyadakı qabaqcıl təcrübədən istifadə olunub.

http://www.au.edu.az/ - Ünvan: AZ1102 Azərbaycan Respublikası, Bakı şəhəri Nəsimi rayonu, Tbilisi prospekti-72
Tel: (+99412) 431 41 12 
(+99412) 431 41 13
(+99412) 431 41 16
(+99412) 431 41 17
Fax: (+99412) 431 41 18


 

 

 

2011-ci il 13 may — Azərbaycan Bank Tədris Mərkəzi — strateji tərəfdaşlığa dair əməkdaşlıq sazişi. Bugün  kommersiya  bank işi və  biznesin  idarə edilməsi  sahəsində  Azərbaycan  təlim  və   məsləhət xidmətləri bazarında aparıcı təşkilat olan Azərbaycan. Bank  Tədris   Mərkəzi  (ABTM)  Azərbaycan  Mərkəzi Bankının təşəbbüsü və dəstəyi, Azərbaycan Banklar Assosiasiyasının təsisçiliyi və yaxından köməyi, Avropa Birliyi TACİS proqramının texniki yardımı ilə 2000-ci ilin fevral ayında yaradılmışdır.

Yaradıldığı ilk illərdə yalnız kommersiya bank işi üzrə təlim xidmətləri göstərən ABTM hazırda öz sahəsində praktik təcrübəsi olan 70-dən çox yüksək peşəkar, xüsusi təlimdən keçmiş eksperti ilə bank işi ilə yanaşı, sığorta və lizinq işi, yumşaq vərdişlər və idarəetmə mövzuları üzrə geniş çeşidli təlim xidmətləri göstərir.

http://www.abtc.az/ - Ünvan: World Business Centre (9-cu mərtəbə), S.Vurğun küç.43, AZ1014, Bakı şəh., Azərbaycan Respublikası;

Tel.: (+99412) 497 07 10, 497 07 11, 497 07 12, (+99450) 225 38 88;

Faks: (+99412) 597 30 54

Elektron poçt:  Office@abtc.az  


 

2012-ci il 23 may — Azərbaycan Dövlət Aqrar Universiteti — əməkdaşlıq sazişi. 1919-cu ilin sentyabr ayında Azərbaycan İnqilab Komi­təsinin qərarı ilə Respublikamızda ilk ali məktəb -Bakı Dövlət Universiteti yaradıldıqdan sonra, 1920-ci il noyabrın 16-da ikinci ali məktəb - Bakı Politexnik İnstitutu, dekabrın 18-də bu İnstitutun nəzdində 5 fakültə, o cümlədən, kənd təsərrüfatı fakültəsi yaradılır və bununla da ölkəmizdə ali kənd təsərrüfatı mütə­xəs­sislərinin hazırlığına başlanılır. Aqronom N.A.Lebedev kənd təsərrüfatı fakültəsinin ilk dekanı təyin olunur. O dövrlərdə Cənubi Qafqaza bir qrup rus və digər əcnəbi alimlərlə sürgün edilmiş torpaqşünaslıq elminin banisi V.V.Do­ku­ça­yevin şagir­di, pro­fes­­sor Vladimir Pavloviç Smirnov-Loqinov 1921-ci ildən 1929-cu ilin may ayı­nadək kənd təsərrüfatı fakül­təsinə dekan qismində rəhbərlik etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanı ilə bu təhsil ocağı özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən dövlət ali təhsil müəssisəsi kimi təsdiq edilmişdir.

Universitet sonuncu dəfə 2011-ci il iyulun 19-da “Dövlət qeydiyyatı haqqında şəhadətnamə” ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmışdır.

http://www.adau.edu.az/ - Ünvan: 450, Atatürk prospekti, Gəncə şəh., AZ2000, Azərbaycan

Tel.:  (+99422) 256 57 33 

Faks:  (+99422) 256 24 08

Elektron ünvan: office@adau.edu.az 


 

 

 

2012-ci il 07 iyun — Bakı Biznes Universiteti — əməkdaşlıq sazişi. Bakı Biznes Universiteti 1993-cü ildə yaradılmışdır. O, bazar iqtisadiyyatına keçid şəraitində yüksək ixtisaslı iqtisadçı mütəxəssislər hazırlayan özəl ali təhsil müəssisəsidir.

Bazar iqtisadiyyatına keçid yeni təfəkkürlü yüksək ixtisasli mütəxəssislərə, o cümlədən, beynəlxalq münasibətlər, kommersiya, biznes və sahibkarlığın digər sahələrində iqtisadçı kadrlara böyük ehtiyac yaratmışdır. Bakı Biznes Universiteti ali təhsil müəssisəsi kimi bu problemlərin həllində mühüm rol oynayır. Azərbaycan Respublikasinin Təhsil Nazirliyinin 1993-cü ildə Bakı Biznes Universitetinə fəaliyyət üçün verdiyi qərara uyğun olaraq Nazirlər Kabinetinin 204 sayli sərəncamına əsasən Universitet lisenziya ilə təmin edilmişdir. Həmin lisenziya ilə Universitetdə bakalavr və magistr pillələrində mütəxəssis hazırlığı müəyyən edilmişdir.

http://bbu.edu.az/ - Ünvan: Bakı şəhəri, H. Zərdabi küçəsi, 88a, AZ1011

Tel: (+99412) 4317951, (+99412) 4319118

Faks: (+99412) 4300780
E-poçt: info@bbu.edu.az

 


 

2012-ci il 03 avqust — Lənkəran Dövlət Universiteti — əməkdaşlıq sazişi. Lənkəran Dövlət Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1991-ci il tarixli 319 saylı qərarı ilə Bakı Dövlət Universitetinin Lənkəran filialı kimi açılmış, Nazirlər Kabinetinin 1992-ci il 23 iyul tarixli 403 saylı sərancamı ilə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikasının ilk Dövlət statuslu ali məktəbi kimi fəaliyyətə başlamışdır. Bu gün universitetdə tədris kredit sistemi ilə həyata keçirilir. Universitetin auditoriyalarında 2500-dən artıq bakalavr, 100-dən artıq magistr, 20-dən artıq doktorant və dissertant təhsil alır, onların təlim-tərbiyəsi ilə 300-dən artıq professor-müəllim və texniki köməkçi heyət məşqul olur. LDU-da elmin əsas sahələri üzrə doktorantura və dissertantura da fəaliyyət göstərir.
http://www.lsu.edu.az/

Ünvan: Lənkəran şəh., Füzuli küç.,170 A

Tel.: (994) 025 255 27 86

Qaynar xətt: (994) 025 255 25 88

Elektron ünvan: Office@lsu.edu.az

 



 

2013-cü il 04 dekabr — Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası — əməkdaşlıq sazişi. Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası   29 iyun 2004-cü il tarixli Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanununun tətbiqi ilə əlaqədar 2007-ci ildə təsis olunmuş və yarandığı gündən etibarən maliyyə hesabatlarının beynəlxalq standartlarına keçidlə bağlı layihələrdə fəal iştirak etmiş, geniş təcrübə toplamış və hal-hazırda ölkədə ən öndə gedən və beynəlxalq akkreditasiyalara malik olan qurum  kimi fəaliyyətini uğurla davam etdirir.

İlk dəfə olaraq APFM tərəfindən 2007-ci ildə Azərbaycanda Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrini cəmləşdirən Mühasiblərin və Auditorların 1-ci Avrasiya Forumu keçirilmişdir və  APFM   Mühasiblərin və Auditorların Forumunun Azərbaycanda rəsmi koordinatoru kimi bu ənənəni davam etdirərək 2008 və 2011-ci illərdə də respublika əhəmiyyətli belə bir möhtəşəm tədbirin yüksək səviyyədə keçirilməsinə nail olmuşdur.

http://www.apfm.az/az/?id=1 - Ünvan: AZ1052, Бакı şəhəri, "Afen Plaza", Y.V.Çəmənzəminli küç 1996, 4-cü mərtəbə

Telefonlar : (+99412) 564-22-37, (+99412) 564-22-57, (+99450) 205-06-99 

E-mail: office@apfm.az

 


 

2015-ci il 17 mart — Turizm və Menecment Universiteti — əməkdaşlıq sazişi. Azərbaycan Turizm və Menecment Universiteti Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli, 945 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2014-cü il tarixli, 976 nömrəli Sərəncamına əsasən Cəfər Məmməd oğlu Cəfərov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilmişdir.

http://atmu.edu.az/ - Ünvan: Koroğlu Rəhimov 822/23 (Gənclik m.) Indeks: AZ 1072 Bakı şəhəri, Azərbaycan Respublikası

Tel.: (012) 564 42 33

Faks: (012) 564 42 34

E-mail: info@tourism.edu.az

 


 

2015-ci il 23 oktyabr — "BARATTSON" MMC — anlaşma memorandumu.

 http://barattson.com/ - Ünvan: AZ 1065, C.Cabbarlı küç., 44, Caspian Plaza 3, 7-ci m ərtəbə, Bakı, Azərbaycan

Tel.: (99412) 5054496, (99412) 5054497

Mob.: (99470) 2054496, (99470) 2054497

Elektron ünvan: Office@barattson.com

 



 

2015-ci il 29 dekabr —  Azərbaycan Mühasiblər və Risk Peşəkarları assosiasiyası — əməkdaşlıq sazişi. ARPA-nın missiyası ölkədə maliyyə və idarəetmə sahəsində peşəkar mədəniyyətin zənginləşməsinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməkdir. Maliyyə və idarəetmə sahəsində müvafiq normativ-hüquqi aktların təkmilləşdirilməsində aktiv fəaliyyət göstərir.

ARP-anın fəaliyyət istiqamətləri olaraq aşağıdakıları qeyd etmək olar:

Müvafiq sahələrdə kadrların formalaşdırılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün sertifikasiya proqramları təşkil edir;

Missiyasına uyğun auditoriyası üçün müxtəlif faydalı tədbirlər keçirir;

Elmi-tədqiqat və araşdırma ilə məşğul olur və müvafiq mətbu nəşrlər yayımlayır;

Xidmət keyfiyyətinin artırılması, müasir təcrübələrin öyrənilməsi və yayılması məqsədilə ilə aidiyyəti beynəlxalq, regional və yerli qurumlar ilə effektiv və intensiv şəkildə əməkdaşlıq edir.

http://arpa.org.az/ - Ünvan: Bünyad Sərdarov 1 küç., Bakı, Azərbaycan

Tel.: 505-00-56  505-53-02

Elektron ünvan: office@arpa.az

 




 

2016-cı il  11 noyabr  -  CBS Language and Business Center MMC -  əməkdaşlıq sazişi. CBS Language&Business School ACCA, CIMA, CFA, CİA, Yerli Audit, Azərbaycan dilində Mühasibat, İdarəetmə, Vergi uçotu, Beynəlxalq Maliyyə Hesabatı Standartları sahələrində hazırlıq kursları təşkil edir. İlk dəfə olaraq ACCA F9 – Maliyyə Menecmenti fənni onlar tərəfindən bu ilin avqust ayında tərcümə edilmişdir. Həmçinin, CBS Language&Business School ACCA, CIMA, CFA, CİA, Yerli Audit, Azərbaycan dilində Mühasibat, İdarəetmə, Vergi uçotu, Beynəlxalq Maliyyə Hesabatı Standartları sahələrində təşkil etdikləri kurslar üzrə Milli Sertifikasiya imtahanı keçirirlər. Azərbaycan Respublikası Auditorlar Palatası CBS Language&Business School-a yuxarıda qeyd olan sahələrdə 2016-cı il 11 noyabr tarixindən əməkdaşlıq edir.

Ünvan: AZ1065, Bakı şəh., C.Cabbarlı küç.44, Yasamal rayonu, Caspian Plaza 13-cü 
Tel.:(+99412) 404-76-09 (+99451) 404-76-09 

 


 

 

 

2010-cu il 05 aprel — Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti — cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu. Maliyyə Monitorinq Xidməti Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanı ilə yaradılmışdır. Maliyyə Monitorinq Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində qanunvericiliklə əldə edilmiş səlahiyyətləri həyata keçirən orqandır.

 

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmışdır.

http://www.fiu.az/aze/ - Qaynar xətt- (99412) 493 30 66


Yuxarı

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur