MÜRACİƏTLƏR


ONLİNE HESABAT GÖNDƏR
 

 

 

Yeni qoşulmaq istəyənlər üçün

BEYNƏLXALQ ƏLAQƏLƏR    Beynəlxalq tədbirlər

AZƏRBAYCAN RESPUBLİKASI  AUDİTORLAR PALATASININ

 KEÇİRDİYİ BEYN
ƏLXALQ ELMİ-PRAKTİK 
KONFRANSLAR,


SİMPOZİUMLAR 
REGİONAL SEMİNAR-MÜŞAVİRƏLƏR

VƏ DİGƏR TƏDBİRLƏR


 

1997-ci il 29 aprel - Azərbaycan Respublikasının Auditorlar Palatası, Təhsil və Maliyyə nazirlikləri, Dövlət İqtisad Universiteti və Mühasiblər Assosiyasiyası ”Azərbaycan Respublikasında mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması problemləri” mövzusunda birgə respublika elmi-praktik konfransı;

1998-ci il noyabr
- Auditorlar Palatası respublika ərazisində fəaliyyət göstərən sərbəst auditorların və xarici auditor təşkilatları nümayəndələrinin iştirakı ilə “Beynəlxalq audit standartları və milli standartaların  hazırlanmasında onların rolu” mövzusunda seminar;

1999-cu il 27 noyabr
-   Azərbaycan Respublikası Auditorlar Palatası və Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə  “Azərbaycanda maliyyə nəzarəti və audit” mövzusunda elmi-praktik konfrans;

2001-ci il iyun
- Bakı Dövlət Universiteti, Beynəlxalq Ekoenergetika Akademiyası və Azərbaycan Beynəlxalq Ekologiya Universiteti əməkdaşlarının, habelə sərbəst auditorların və auditor təşkilatları rəhbərlərinin iştirakı ilə Auditorlar Palatasında “Azərbaycan Respublikasında ekoloji auditor fəaliyyətinin təşkili və tənzimlənməsini təmin edən normativ sənədlərin hazırlanması” mövzusunda seminar;

2001-ci il dekabr
- Asiya İnkişaf Bankının, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Mühasibat uçotu və auditin təşkili məsələləri”  mövzusunda Bakı şəhərində beynəlxalq seminar;

2002-ci il dekabr
- Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, İqtisadi inkişaf, Maliyyə və Vergilər nazirliklərinin, Mərkəzi Bankın, Hesablama Palatasının, Banklar Assosiyasının və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının məsul əməkdaşlarının, iqtisadçı alimlərin, iş adamlarının və auditorların iştirakı ilə Auditorlar Palatasında “İqtisadiyyatın inkişafında auditin rolu” mövzusunda “dəyirmi masa”;

2003-cü il 23 aprel
- Auditorlar Palatası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sahibkarlığın inkişaf problemləri” mövzusunda  elmi-praktik konfrans;

2003-cü il iyun
- Auditorlar Palatasının və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin birgə təşkilatçılığı ilə “Bələdiyyələrin auditi” mövzusunda seminar;

2004-cü il mart
- Azərbaycan Respublikası Vergilər Nazirliyində “Auditorlarla vergi xidməti orqanlarının qarşılıqlı fəaliyyəti : mövcud vəziyyət və problemlər” mövzusunda “İqtisadiyyat və audit” və “Azərbaycan vergi xəbərləri” jurnalları redaksiyalarının birgə təşkilatçılığı ilə “dəyirmi masa”;

2004-cü il iyun
- Auditorlar Palatası tərəfindən auditorların və bank işçilərinin iştirakı ilə Mərkəzi Bankda  “Bank auditinin inkişaf problemləri” mövzusunda elmi-praktik seminar;

2004-cü il 15 sentyabr
- “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin 10 illiyi ilə əlaqədar  “Keçid iqtisadiyyatı ölkələrində auditin inkişaf problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans;

2006-cı il 16 sentyabr
- Auditorlar Palatası və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə “Sosial-iqtisadi inkişafın sürətlənməsində maliyyə nəzarətinin rolu” mövzusunda  beynəlxalq elmi-praktik konfrans;

2007-ci il 19 aprel
- Auditorlar Palatasının və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan iqtisadiyyatında auditin rolu” mövzusunda elmi-praktik konfrans;

2007-ci il 8 noyabr
- Auditorlar Palatası və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zaqatalada “Maliyyə şəffaflığının artırılması regionların sosial-iqtisadi inkişafında mühüm amil kimi” mövzusunda seminar-müşavirə;

2008- ci il 10 aprel
- Auditorlar Palatası və Azərbaycan Dovlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə “Auditin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans;

2008-ci il 18-19 sentyabr
- Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə  “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə nəzarətin rolu və əhəmiyyəti” mövzusunda  beynəlxalq elmi-praktik konfrans;

2009-cu il 5 iyun
- Auditorlar Palatası və "Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi." Şirkətinin Azərbaycan Respublikasındakı filialının birgə təşkilatçılığı ilə  “Beynəlxalq audit standartlarının məqsədi, əhəmiyyəti və prinsipləri” mövzusunda seminar-müşavirə;

2009-cu il 14 avqust
- Auditorlar Palatası və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında maliyyə hesabatlarının auditi və şəffaflıq” mövzusunda seminar-müşavirə;

2009-cu il 16-17 oktyabr
— Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsi, Dövlət Neft Fondu, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Hesablama Palatası, Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli idarə olunmasında şəffaflığın rolu” mövzusunda  beynəlxalq elmi-praktik konfrans;

2010-cu il 15 mart, 9 və 16 aprel, 20 və 26 may
- Auditorlar Palatası, ”GRBS” tədris mərkəzi və müvafiq şəhər (rayon) icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə Xaçmaz rayonunda, Naxçıvan, Lənkəran, Zaqatala və Gəncə şəhərlərində “Şəffaflıq və müəssisələrin fəaliyyətində beynəlxalq standartların tətbiqi” mövzusunda zona seminar-müşavirələri;

2011-ci il 27-28 yanvar
- Azərbaycan İqtisadçılar İttifaqı, Auditorlar Palatası, Polşa Milli Auditorlar Palatası və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə “Müasir şəraitdə auditin aktual problemləri” mövzusunda Polşa-Azərbaycan simpoziumu;

2011-ci il 15-17 sentyabr
- A
zərbaycan Respublikasının Auditorlar Palatası, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının birgə təşkilatçılığı ilə “Şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatı və audit standartlarının tətbiqi problemləri” mövzusunda Mühasiblərin və Auditorların III Avrasiya Forumu;

201
2-ci il 15-16 mart - Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar Palatası, Rumıniya Maliyyə Auditorları Palatası, Rusiya Auditorlar Kollegiyası, Qazaxıstan Respublikasının Auditorlar Palatası və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə “Müasir şəraitdə şəffaflığın artırılmasında auditin rolu” mövzusunda beynəlxalq elmi-praktik simpozium;

201
2-ci il 03-04 may - Azərbaycan İqtisadçılar İttifaqı, Daxili Auditorlar İnstitutunun Avropa Konfederasiyası (ECIIA), Azərbaycan Respublikası Auditorlar Palatası, Azərbaycan Universiteti və "Audit-Azərbaycan İnstitutu" İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Daxili audit: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans;

2013-cü il 22 yanvar - Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar Palatası, İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri Odası və Azərbaycan Universitetinin birgə  təşkilatçılığı ilə “Müasir şəraitdə auditin qarşısında duran problemlər və onun inkişaf konsepsiyası” mövzusunda “dəyirmi masa”;

2013-cü il 13-17 fevral - Makedoniya Respublikası və Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq təcrübə nəzərə alınmaqla auditor xidmətinin təkmilləşdirilməsinə dair Makedoniya Respublikasının Sertifikatlı Auditorlar İnstitutu ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında anlaşma memorandumu imzalanması məqsədilə tədbir;

2013-cü il 14-16 may - Beynəlxalq Mühasiblər Federasiyası (IFAC), Beynəlxalq Audit və Zəmanət Standartları İdarəsi (IAASB) və Beynəlxalq Mühasibatlıq Standartları İdarəsinin (IASB) təşkilatçılığı ilə London şəhərində təşkil edilmiş “Peşə inkişafının strateji istiqaməti forumu” və “Avropa və Mərkəzi Asiyanın keçmiş sovet respublikalarında Beynəlxalq Standartların qəbul edilməsi və tətbiqi” mövzusunda beynəlxalq konfrans;

2013-cü il 30 may - 01 iyun - Ukrayna Auditorlar Palatası və Ukrayna Auditorlar Birliyinin birgə təşkilatçılığı ilə Kiyev şəhərində təşkil edilmiş “Audit 20 yaş: naliyyətlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans;

2013-cü il 26-28 sentyabr - Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının birgə təşkilatçılığı ilə “Daxili nəzarət və risklərin idarə olunması” mövzusunda Bakıda Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrinin iştirakı ilə Mühasiblərin və Auditorların IV Avrasiya Forumu;

2013-cü il 30 sentyabr - 02 oktyabr - Dünya Bankının Maliyyə Hesabatlılıq İslahatları Mərkəzi (CFRR) tərəfindən Şərqi və Cənub-Şərqi Avropa ölkələri üzrə korporativ maliyyə hesabatlılıq və audit sahəsində yüksək rütbəli hökumət rəsmiləri, tənzimləyicilər və mütəxəssislər üçün Avstriyanın Vyana şəhərində “Maliyyə hesabatlılığı və audit yol ayrıcında – Avropada  mövcud mənzərə  və yeni üfüqlər” mövzusunda regional tədbir və bu tədbirin davamı olan “Şərqi tərəfdaşlıq ölkələri üçün audit və hesabatlılıq sistemlərinin gücləndirilməsi” mövzusunda konfrans;

2013-cü il 02-05 oktyabr - Avstriyanın Vyana şəhərində Daxili Auditorlar İnstitutlarının Avropa Konfederasiyasının (ECIIA) Liderlər Forumu və Baş Assambleyanın iclası;

2013-cü il 06-08 noyabr - Buxarest şəhərində Rumıniya Maliyyə Auditorları Palatasının təşkilatçılığı ilə Beynəlxalq Audit Standartları tətbiq olunmaqla cari audit islahatlarına dair “Regional peşəkar iclas”;

2014-cü il 02-03 iyun - Avstriyanın Vyana şəhərində “Peşəkar Mühasibatlıq Təşkilatlarının (PAO) 2-ci Regional Forumu” və “Avropa və Mərkəzi Asiyada Maliyyə Hesabatlılığı” mövzusunda beynəlxalq tədbir;

2014-cü il 05-06 iyun - Budapeşt şəhərində Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA), Macarıstanın ümumi illik iclası və VIII Beynəlxalq Vergi Konfransı;

2014-cü il 03-04 iyul - Çin Xalq Respublikasının Honkonq şəhərində Asiya Daxili Auditorlar İnstitutları rəhbərlərinin Liderlər Forumu;

2014-cü il 15-16 sentyabr - Daşkənd şəhərində MDB İcraiyyə Komitəsi yanında mühasibat Uçotu üzrə Koordinasiya Şurasının 11-ci iclası;

2014-cü il 30 sentyabr - Böyük Britaniyanın Beynəlxalq Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) və Avropanın Beynəlxalq mühasiblər şəbəkəsinin (EGİAN) birgə təşkilatçılığı ilə Brüsseldə Avropa Parlamentində “Yeni audit islahatlarının həyata keçirilməsi: keyfiyyətə diqqət üçün yeni canlı bazarın yaradılmasını necə təmin etməli?” adlı dəyirmi masa;

2014-cü il 06-07 oktyabr - Tbilisi  şəhərində Dünya Bankının «Avropa İttifaqının qanunvericiliyinin tələblərinini tətbiqi vasitəsilə auditin keyfiyyətinin yüksəldilməsi» mövzusunda keçirilmiş beynəlxalq tədbir
.


Yuxarı

 









Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə



Sorğu

1. Azərbaycanda auditor xidmətinə olan tələb və təklifi necə qiymətləndirirsiniz?
2. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən tövsiyə olunmuş auditor xidmətlərinin dəyəri Sizi qane edirmi?
3. Ölkədə auditor xidməti bazarının yaxın perspektiv inkişafını necə qiymətləndirirsiniz?

FORUM

Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?

 

bəli

bilmirəm

müəyyən qədər

ehtiyac yoxdur