Azərbaycandakı 26 bankın hamısı 2020-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.

“Marja”nın araşdırmasına görə, 2020-ci ili 26 bankdan 23-ü xalis mənfəətlə, 3-ü isə xalis zərər ilə başa vurub. 

Ən çox xalis mənfəət Kapital Bankda, ən çox xalis zərər isə Yelo Bankda qeydə alınıb.

Qeyd edək ki, xalis zərəri olan banklardan Bank BTB 2020-ci ili 1 milyon 944 min manat əməliyyat mənfəətilə başa vurub. Gələcəkdə yarana biləcək potensial risklərin qarşılanması məqsədi ilə bank tərəfindən mühafizəkar yanaşma tətbiq edilmiş və 2020-ci il ərzində 11 milyon 74 min manat məbləğində ehtiyat yaradılmışdır. Yelo Bankın xalis zərəri isə - həm bankın xərclərinin gəlirlərindən yüksək olması, həm də ehtiyat yaradılması ilə bağlıdır.