Auditorlar Palatası 2020-ci il dekabr ayından növbəti Təlimlərə start verdi
Auditorlar Palatası 2020-ci il dekabr ayından növbəti Təlimlərə start verdi. Təlimlər vebinar formada keçiriləcəkdir.
"Daxili Audit və Daxili Nəzarət" proqrammı üzrə Təlimin müddəti 24 saatdır. Təlim həftə ərzində 3 gün (2-ci, 4-cü və 6-cı günlər) saat 20:00 – 22:00-da olmaqla başlayacaqdır. DAXİLİ AUDİT və DAXİLİ NƏZARƏT proqramı
"Daxili Audit testləri və sübutların toplanması" proqramı üzrə kursun müddəti 16 saatdır. Təlim həftə ərzində 2 iş günü (3-cü və 5-ci günlər) saat 20:00 – 22:00-da olmaqla başlayacaqdır. Daxili audit sübutları proqramı
Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcəkdir. Təlimdə məhdudiyyətsiz istənilən şəxs iştirak edə bilər.
Təlimdə iştirak ödənişlidir - 1 nəfər üçün 505 AZN təşkil edir.
Təlimdə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Təlimdə iştirak etmək üçün müəyyən olunmuş ərizə-anket forması;
- Şəxsiyyət vəsiqəsinin surəti.
Əlaqələndirici şəxs: Kadr hazırlığı şöbəsinin müdir müavini Aytən Seyidəliyeva (training@audit.gov.az, ayten.mirzeyeva@gmail.com).
Ünvan: S.Y. Bakuvi küç., 35; əlaqə telefonları: (012) 465-21-75; 055 866 44 29