Təsərrüfat subyektlərinin 2020-ci ilin I yarımilliyi üzrə auditdən keçmə vəziyyətinə dair ictimaiyyət üçün qısa şərh
Şura qərarı
-
2020-ci ilin I yarımilliyi üzrə Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü olan 52 sərbəst auditor və 112 auditorlar təşkilatı öz fəaliyyətinə dair maliyyə hesabatlarını təqdim etmişdirlər.
-
Təqdim edilmiş hesabatlar əsasında müəyyən edilmişdir ki, hesabat dövründə təsərrüfat subyektlərində 3207 müqavilə bağlanılmışdır. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə bağlanılmış müqavilələrin sayı 3786-dan 3207-ə qədər (yəni 579 qədər) 15,29 % azalma olmuşdur. Məbləğ 44.241.485 manatdan 52.223.474 manata yəni 7.981.989 manata qədər (və ya 18,04 %) artmışdır.
-
2020-ci ilin I yarımilliyi ərzində 38.253.370 manat məbləğində 2611 müqavilə yerinə yetirilmişdir. Qeyd etmək lazımdır ki, 2019-cu ilin I yarımiliyi ilə muqayisədə yerinə yetirilmiş müqavilələrin sayı 3278-dən 2611-ə qədər yəni 667 ədəd (və ya 20,34 %) azalmışdır. Məbləğ isə 33.708.655 manatdan 38.253.370 manata qədər yəni 4.544.715 (və ya 13,39 %) artmış, orta məbləğ isə 10283 manatdan 14640 manata qədər yəni 4357 manat (və ya 42, 37%) artmışdır.