Audit hamı üçün vacibdirmi? Auditorlar nə ilə məşğuldur?

Ölkəmizdə audit prosesinə nəzarət əsasən Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən həyata keçirilir. 5 aprel 1996-cı ildən Palata:

- ölkə ərazisində auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək;

- bu sahədə olan və Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini hazırlamaq;

- dövlətin, təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini müdafiə etmək;

- öz fəaliyyətində bu Qanundan, digər qanunvericilik və normativ hüquqi aktlardan irəli gələn tələblərə auditorlar (auditorlar təşkilatları) tərəfindən riayət edilməsinə nəzarət edir.

Təsis edildiyindən bu vaxtadək Palata daim təkmilləşmə və inkişaf sahəsində bütün mümkün yollardan istifadə edib və edir.

2010-cu ildən Azərbaycan Respublikası ərazisində Beynəlxalq Audit Standartlarının (BAS) tətbiqi isə demək olar yeni mərhələ olmuşdur.

Palata davamlı olaraq öz üzvlərini korrupsiya qarşı mübarizə, çirkli pulların yuyulmasının aşkarlanması, maliyyə qanunlarının kobud şəkildə pozulmasının qarşısının alınması, vergidən yayınmanın durdurulması, audit sahəsində şəffaflığın bərpası, haqsız rəqabətin və s. bu kimi müsbət töhfələrdən ibarət seminar və s. görüşlərlə maarifləndirmədədir.

A-Audit and Consulting şirkəti 2018-ci ilin fevral ayından fəaliyyətdədir və palataya üzv təşkilatlar siyahısında birincidir http://audit.gov.az/Az/page/5

Demək olar əsas fəaliyyətimiz audit fəaliyyətidir, amma əlavə olaraq sifarişə əsasən:

- Maliyyə

- Mühasibat

- Vergi

- Hüquq və ümumi konsaltinq xidmətləri də göstəririk.

Şirkətimizə əsas müraciətlər isə daha çox audit, vergi və mühasibat xidmətləri üzrədir. Dinamika ümumilikdə artan templə davam edir. Cari vəziyyət isə ümumi ölkənin pandemiya halı ilə düz mütənasibdir.

Azərbaycanda auditor xidmətləri lazımı səviyyədə inkişaf edibmi? Əslində 2017-ci ilə qədər auditin icbariliyi demək olar gözardı edilirdi. 2017-ci ildən etibarən Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən bütün MMC-lərdə audit yoxlamasının icbariliyi bu sahəyə diqqəti artırırdı və demək olar böyük audit bazarı yarandı.

Təbii ki, sahibkarların və ölkə iqtisadiyyatını düşünənlərin haqlı etirazları oldu. Belə ki, bütün şirkətlərə icbari olmasını qüvvədən salacaq tutarlı arqumentlər çox idi. İstənilən halda ötən il Mülki Məcəllədə 91.4-cü maddəyə edilən dəyişikliklə mikro və kiçik sahibkarlıq subyektləri icbari auditdən azad edildi.

Ümumilikdə baxsaq, ölkədə audit xidmətlərinin inkişafı tam lazımi səviyyədə inkişaf etməyib və buna səbəb kimi isə sahibkarların audit prosesinə yanaşmasında olan biganəlikdir deyə bilərik.

İnkişaf üçün isə davamlı mütaliə, bilik və bacarıqların artırılması lazımdır ki, bu da həmçinin bazardakı tələb və təklifdən asılıdır.

Biz ölkədə auditor şirkətlərinin fəaliyyətinin effektivliyi yuxarıda da qeyd etdiyim kimi, audit olunan təsərrüfat subyektlərindən asılıdır. Yəni onlar nə qədər öz fəaliyyətlərinə dəyər verirlərsə, ona uyğun da effektlik əldə edirlər. Çox təəssüf ki, hələ də ölkəmizdə icbari audit yoxlamaları üstünlük təşkil edir.

Az bir qisim sahibkarlar var ki, öz şirkətlərini könüllü olaraq hər il kənar audit yoxlamasından keçirir.

Qalan hallarda isə kənar audit yoxlamaları icabri olaraq ya Azərbaycan Respublikası Mülki Məcəlləsindəki 91.4 maddəyə, ya Azərbaycan Respublikası Maliyyə Nazirliyi və yaxud da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin tələblərinə əsasən həyata keçirilir. Əlavə olaraq da hüquq-mühafizsə orqanlarının ehtiyacları üzrə.

Şəxsi qiymətləndirməmiz olaraq deyə bilərəm ki, hələ ki, inkişaf mərhələsidir deyə, qənaətbəxşdir.

Ümumilikdə maliyyə-mühasibat sahəsi davamlı inkişafı tələb edir. Bəzən kənar peşə sahibləri mühasibləri sadəcə müxabirləşmə yazan və ya davamlı eyni şeyləri edən mütəxəssislər kimi görürlər, amma əslində bu, belə deyil. Ən sadə nümunə olaraq, hər il yenilənən maddələrdən ibarət olan Azərbaycan Respublikası Vergi Məcəlləsini misal göstərmək olar.

Bu sahə davamlı olaraq qanunvericilik gündəmini izləməli, tələb olunan yenilikləri icra etməli və şəxsi inkişafda olmalıdır.

2 ildən çox olaraq audit sektorunda mövcud olsaq da, hələ ki, özümüzü gənc şirkət bilirik və inkişaf etmək məqsədi güdürük.

Hələ ki, xüsusi bir təklif edəcəyimiz yenilik yoxdur.

Bütün sahibkarlara halal ruzi arzu edirəm.

A-Audit and Consulting şirkətinin direktoru Rüfət Əliyev