Azərbaycan Respublikasının Auditorlar Palatası yaranmasının 25 illik yubileyi münasibəti ilə auditorların fəaliyyətini əks etdirən “müxbir yazısı” müsabiqəsini elan edir.

Müsabiqədə iştirak etmək arzusunda olanlar öz çap etdirilmiş materiallarının 2020-ci ilin 1 sentyabr tarixindən 2021-ci il 15 fevral tarixinədək Auditorlar Palatasının Müsabiqə Komissiyasına təqdim edə bilərlər.

Müsabiqədə I, II və III yerlər üzrə qaliblərin müəyyənləşdirilməsi və mükafatlandılırması nəzərdə tutulmuşdur ( I yer üzrə 1 nəfər üçün 1000.00 manat; II yer üzrə 2 nəfər və hər biri üçün 500.00 manat; III yer üzrə 3 nəfər və hər biri üçün 300.00 manat).

Ünvan: (AZ1072, Bakı şəhəri, S.Y.Bakuvi küç.35). 

Əlaqələndirici şəxs: Auditin təşkili, hesabatlılıq və informasiya idarəsinin rəisi - Vasif Cavadov.

Mob.: (050) 612-04-73, (E-mail: audit-azərbaijan@audit.gov.az).

Sizləri müsabiqədə iştirak etməyə dəvət edirik.

 

Müsabiqə Komissiyası