Azərbaycanda audit şirkətinin rəhbəri olmuş şəxs yeni - SƏHMDAR CƏMİYYƏT YARATDI

Azərbaycanda yeni Qapalı Səhmdar Cəmiyyət təsis edilib.

Eləcə də bax: Eyni şəxs iki qapalı - SƏHMDAR CƏMİYYƏT YARADIB

FED.az Banker.az-a istinadən xəbər verir ki, yeni yaradılan şirkətin adı “Your Construction Company” QSC-dir.

“Your Construction Company” QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu,  Mədən 1-ci (Binəqədi) ev.284 A, Korpus 47. ünvanında fəaliyyət göstərəcək və yeni Qapalı Səhmdar Cəmiyyət 21 may 2020-ci ildə dövlət qeydiyyatına alınıb.

Bu səhmdar cəmiyyətin nizamnamə kapitalı 2 000 manatdır və qanuni təmsilçisi Heybətzadə Əhmədağa Fikrət oğludur.

Bildirək ki, Heybətzadə Əhmədağa Fikrət oğlu “İnternational Consulting and Solutions” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru olub. Lakin, audit şirkətinin 11.07.19-cu il tarixli ərizəyə əsasən, fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır.