"AzerGold" 2 şirkətə 3 milyon manat ödəyəcək - MÜQAVİLƏ

FED.az xəbər verir ki, tenderlərin qalibi "Cation" MMC və “PKF Audit Azerbaijan” MMC olub. QSC şirkətlərə ümumilikdə isə 3 milyon 124,5 min manat ödəyəcək.

"AzerGold" QSC Ağyoxuş-Mərəh sahəsində planlaşdırılan inzibati ərazinin hazırlanması, müvafiq konteynerlərin, köşkün təmin edilməsi və mədən sahəsinin hasarlanması üçün "Cation" MMC ilə 640,9 min manat, Filizçay layihəsi və digər layihələrə texniki məsləhət və tədqiqat xidmətləri üçün “PKF Audit Azerbaijan” MMC ilə 2 milyon 483,6 min manat məbləğində müqavilələr bağlayıb.