Azərbaycanda bankın rəhbərliyindən ayrılıb - AUDİT ŞİRKƏTİ YARATDI

2017-ci ilin iyulundan cari ilin martına qədər “AFB Bank”da Baş direktor və İdarə Heyəti üzvi vəzifəsində çalışmış Anar Q. Bayramov audit və konsaltinq şirkəti təsis edib.

A.Bayramov “İnvest Finance” MMC adlı konsaltinq şirkəti yaradıb.

“İnvest Finance” 2020-ci ildə Bakıda qurulub. “İnvest Finance” audit və konsaltinq şirkətlərindən biri kimi fəaliyyət göstərəcək. 

A.Q.Bayramov həmçinin bu şirkətin direktorudur.