Azərbaycan Respublikasının Auditorlar Palatasında 2020-ci il 05 iyul tarixindən qruplar üzrə "Daxili Audit testləri və sübutların toplanması" proqramı əsasında növbəti Təlimlər keçiriləcəkdir.

Hazırlıq Təlimləri Ali Audit Qurumlarının Beynəlxalq Sertifikatlı mütəxəssisi, Dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə Komitənin sədri, sərbəst auditor Fətiyev Üzeyir Cəmil oğlu tərəfindən tədris ediləcəkdir. Proqram üzrə kursun müddəti 16 saatdır. Təlim həftə ərzində 2 iş günü saat 10:00 - 12:00-da olmaqla başlayacaqdır.

Qrup üzrə iştirakçı sayı pandemiya vəziyyəti ilə əlaqədar sosial məsafə gözlənilməklə 10 nəfərdən ibarət olur.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcəkdir. Təlimdə məhdudiyyətsiz istənilən şəxs iştirak edə bilər.

Təlimdə iştirak  ödənişlidir - 1 nəfər üçün 505 AZN təşkil edir.

Təlimdə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Təlimdə iştirak etmək üçün müəyyən olunmuş ərizə-anket forması;

- Şəxsiyyət vəsiqəsinin surəti.

Sizi daxili auditor kurslarında iştirak etməyə dəvət edirik.

Əlaqələndirici şəxs: Kadr hazırlığı şöbəsinin müdir müavini Aytən Seyidəliyeva (training@audit.gov.az, ayten.mirzeyeva@gmail.com).

Ünvan: S.Y. Bakuvi küç., 35; əlaqə telefonları:  (012) 465-21-75; 055 866 44 29

Təlimin proqramı ilə tanış olmaq üçün daxil olun.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası   22.06.2020-ci il