Azərbaycan Republikasının Auditorlar Palatasında 2020-ci ilin 6 may tarixində “Auditorun şəxsi kabineti sisteminin tətbiq edilməsi” mövzusunda növbəti vebinar keçirilmişdir

Yeni dövrün çağırışları auditin təşkili, tənzimlənməsi və rəqəmsallaşdırılmasının müasir tələblərə müvafiq olaraq beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, auditdə innovasiyaların və yeni texnologiyaların tətbiqi, aparılan auditlərin Beynəlxalq Audit Standartlarına, Auditorların Peşə Etika Məcəlləsinə və digər normativ-hüquqi sənədlərin tələblərinə uyğunluğunu, ən əsası isə auditor xidmətinin keyfiyyətinin və peşənin imicinin yüksədilməsinə nail olmağı zəruri edir.

Bu istiqamətdə nəticəli tədbirlərin həyata keçirilməsi məqsədilə Auditorlar Palatasında ötən il “Auditorun şəxsi kabineti sistemi” yaradılmışdır. Auditorlar Palatasının 2020-ci il üzrə iş planının 1.8-ci “Auditorun şəxsi kabineti sisteminin tətbiq edilməsi” bəndinə dair təsdiq edilmiş plan-proqrama uyğun olaraq,  Auditorlar Palatası tərəfindən 6 may 2020-ci il tarixindən etibarən silsilə vebinarların keçirilməsinə start verildi. Vebinarın mövzusu ətrafında Palatanın Rəqəmsal transformasiya və innovasiyaların tətbiqi idarəsinin rəisi, layihənin müəllifi Qoşqar Əhmədov mövzu ətrafında geniş və əhatəli çıxış edərək öncədən hazırlanmış və Palatanın üzvlərinə tanışlıq üçün göndərilmiş “Şəxsi kabinet” sisteminin tətbiqinə dair Təlimat barədə məlumat verdi, eyni zamanda prezentasiya şəklində kabinetdən istifadənin (“Giriş”, “Qeydiyyat”, “Şifrənin bərpası”, “Kabinetin istifadəsi”) texniki qaydalarını izah etdi.

İşgüzar şəraitdə keçən vebinarda mövzu ətrafında suallar verildi və həmin suallar cavablandırıldı, habelə şəxsi kabinetin istifadəsində bəzi təkmilləşdirilmələrin aparılmasına və onların həllinə dair peşəkar müzakirələr aparıldı. 

30 aprel tarixində keçirilən vebinarda səslənən təkliflərin və əlavə olunacaq panellər barədə ətraflı məlumat verilmişdir.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası

Qalareya