Daxili auditor kadrlarının hazırlanması üzrə kurslar haqqında ELAN

E L A N

Ölkəmizdə daxili nəzarət sahəsində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl olaraq həyata keçirilən tədbirlərin davamlı icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatası "Daxili Audit testləri və sübutların toplanması" proqramı əsasında daxili auditor kadrlarının hazırlanması üzrə hazırlıq kurslarını davam etdirir. Növbəti kurslar qeyd edilən proqram əsasında 2020-ci il 13-29 aprel tarixlərində həftə ərzində 3 iş günü (1-ci, 3-cü və 5-ci günlər saat 10:00-12:00 ) olmaqla başlayacaqdır. Proqram üzrə kursun müddəti 16 saatdır.  Hazırlıq kursları Şəffaflığın təminatı, dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə komitənin sədri, sərbəst auditor Fətiyev Üzeyir Cəmil oğlu tərəfindən tədris ediləcəkdir.

Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcəkdir. Kurslarımızda məhdudiyyətsiz istənilən şəxs iştirak edə bilər. Kursda iştirak  ödənişlidir - 1 nəfər üçün 505 AZN təşkil edir. Kurslarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Kurslarda iştirak etmək üçün müəyyən olunmuş ərizə-anket forması;

- Şəxsiyyət vəsiqəsinin surəti.

Sizi daxili auditor kurslarında iştirak etməyə dəvət edirik.

Əlaqələndirici şəxs: Kadr hazırlığı şöbəsinin müdir müavini Aytən Seyidəliyeva          (training@audit.gov.azayten.mirzeyeva@gmail.com).

Ünvan: S.Y. Bakuvi küç., 35; əlaqə telefonları:  (012) 465-21-75; 055 866 44 29

 

 

Azərbaycan Respublikasının Auditorlar Palatası