Dəyərli Sahibkar

Dəyərli Sahibkar,
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Uğurlu sahibkarın sirri” mövzusunda içtimai xadim, psixoloq və iş adamı, Rusiya Federasiyası Prezidentinin Ural Federal dairəsindəki səlahiyyətli nümayəndəsi yanında Kiçik və Orta Sahibkarlığın İnkişafına Kömək Şurasının üzvü, həmyerlimiz Eduard Ömərovun təqdimatı keçiriləcəkdir.
Sizi, tədbirdə iştirak etməyə dəvət edirik!
 
Təqdimatın tarixi:                             21 fevral 2020-ci il, 11:00 – 13:00
Təqdimatın keçiriləcəyi məkan:     Nizami 90A, Landmark III, Xəzər zalı
Tədbirin dili:                                      rus dili
 
Eduard Ömərov:
28 noyabr 1964-cü ildə Gürcüstanda anadan olmuşdur. 1991-ci ildə Tümen Sənaye İnstitutunun nəqliyyat fakültəsini bitirmişdir, 2007 - 2011-ci illərdə Tümen Dövlət Universitetinin psixologiya kafedrasında psixologiya elmləri namizədi olaraq çalışmışdır, "Uğurlu və uğursuz sahibkarların fərdi yetkinliyinin xüsusiyyətləri" mövzusunda dissertasiya müdafiə etmişdir.
1993-cü ildə “Kvanta +” şirkətini təsis etmişdir. 2010 – cu ildən “Опора России” Ümumrusiya kiçik və orta sahibkarlıq ictimai birliyinin Tümen regional bölməsinin sədri, 2016 – cı ildən həmin birliyin vitse-prezidenti olaraq fəaliyyət göstərir.
 
Tədbirdə iştirak edəcəyiniz təqdirdə yazılı olaraq təsdiq etməyinizi xahiş edirik.
 
Əlaqələndirici şəxs:
Elmira Balıyeva
Tel: +994 12 465 76 92 (daxili 119)
E-Mail: ebaliyeva@ask.org.az