Məlumat

Məlumat          

                                                 

Azərbaycan Respublikası Auditorlar Palatasının 2019-cu il üzrə iş planının 4.9-cu “Keyfiyyətə nəzarət üzrə müfəttişlərin ixtisasartırmalarının təşkili” bəndinə müvafiq olaraq 2019-cu il 10-18 iyun tarixlərində aşağıdakı mövzularda seminar keçirilmişdir:
1.    Auditin keyfiyyətinə kənar nəzarətin mahiyyəti.
2.    Auditin keyfiyyətinə nəzarətə qarşı tələblər.
3.    Auditin keyfiyyətinə kənar nəzarətin aparılmasının prinsip və prosedurları
4.    Auditin keyfiyyətinə kənar nəzarətin təşkili.
5.    Cari ildə kənar auditin keyfiyyətinə nəzarətin yoxlanmasının xüsusiyyətləri.
6.    Gəlirlərin tanınmasının yeni beynəlxalq standartı 15 saylı MHBS
Seminarda Auditorlar Palatası Şurası yanında Elm və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin sədri Nəcəf Talıbov, Auditin keyfiyyətinə nəzarət üzrə komitənin sədr müavini Nazim Axundov, Keyfiyyətə nəzarət şöbəsinin müdiri Yaşar Namazəliyev, həmçinin  “Ernst  & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin baş meneceri Elçin Əlizadə və menecer Ziya Mikayılov müvafiq məruzələrdə çıxış etmişdilər.
Seminarın sonunda sual-cavab sesiyası keçirilmiş və müvafiq təkliflər   verilmişdir