2014-cü il 03 fevral tarixində Auditorlar Palatasının üzvü, "PSG TAX CONSULTİNG" MMC-nin auditoru Əliyev Razi Təhməz oğlunun 60 illik yubileyi qeyd edilmişdir.

Tədbirdə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov yubilyarı Auditorlar Palatasının Şurası, kollektivi və üzvləri adından təbrik etdi, R.Əliyevin keçdiyi şərəfli həyat və fəaliyyəti haqqında danışdı.

Tədbirdə Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri iştirak etdi və onlar da yubilyara öz ürək sözlərini söylədilər. 

Sonda yubilyara hazırlanmış ünvan oxundu, hədiyyələr təqdim olundu, onun fəaliyyəti yüksək qiymətləndirilərək ölkədə auditor xidmətinin inkişafındakı çoxillik fəaliyyətinə görə döş nişanı ilə, eyni zamanda Həmkarlar İttifaqı Komitəsinin “Fəxri fərman” ilə təltif edildi və xatirə şəkili çəkildi.