2014-cü il 21 may tarixində Auditorlar Palatasının üzvü, "Q.R.T." MMC-nin təsisçisi Qənizadə Ramiz Tofiqin 60 illik yubileyi qeyd edilmişdir.

Tədbirdə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov yubilyarı Auditorlar Palatasının Şurası, kollektivi və üzvləri adından təbrik etdi, R.Qənizadənin keçdiyi şərəfli həyat və fəaliyyəti haqqında danışdı.

Tədbirdə Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri iştirak etdi və onlar da yubilyara öz ürək sözlərini söylədilər. 

Sonda yubilyara hazırlanmış ünvan oxundu, hədiyyələr təqdim olundu və xatirə şəkili çəkildi.