2014-cü il 11 iyun tarixində Auditorlar Palatasının üzvü, "PREMİUM-AUDİT" MMC-nin direktoru Kərimov Natiq İmran oğlunun 50 illik yubileyi qeyd edilmişdir.

Tədbirdə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov yubilyarı Auditorlar Palatasının Şurası, kollektivi və üzvləri adından təbrik etdi, N.Kərimovun keçdiyi şərəfli həyat və fəaliyyəti haqqında danışdı.

Tədbirdə Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri iştirak etdi və onlar da yubilyara öz ürək sözlərini söylədilər. N.Kərimovun Palata tərəfindən fəaliyyəti yüksək qiymətləndirilərək ölkədə auditor xidmətinin inkişafındakı çoxillik fəaliyyətinə görə də fəxri auditor döş nişanı adına layiq görülmüşdür.

Sonda yubilyara hazırlanmış ünvan oxundu, hədiyyə təqdim olundu, eyni zamanda Həmkarlar İttifaqı Komitəsinin “Fəxri fərman” ilə təltif edildi və xatirə şəkili çəkildi.