2014-cü il 09 sentyabr tarixində Auditorlar Palatasının üzvü, "Baltik Kaspian Audit" MMC-nin direktoru Əsədullayev Samir Sədulla oğlunun 50 illik yubileyi qeyd edilmişdir.

Tədbirdə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov yubilyarı Auditorlar Palatasının Şurası, kollektivi və üzvləri adından təbrik etdi, S.Əsədullayevin keçdiyi şərəfli həyat və fəaliyyəti haqqında danışdı.

Tədbirdə Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri iştirak etdi və onlar da yubilyara öz ürək sözlərini söylədilər.

Sonda yubilyara hazırlanmış ünvan oxundu, hədiyyə təqdim olundu, eyni zamanda Auditorlar Palatasının və Həmkarlar İttifaqı Komitəsinin “Fəxri fərman” ilə təltif edildi və xatirə şəkili çəkildi.