2015-ci il 31 iyul tarixində Auditorlar Palatasının üzvü, fəxri auditor Rəhimova Nigar Məmməd qızının 75 illik yubileyi qeyd edilmişdir.

Tədbirdə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov yubilyarı Auditorlar Palatasının Şurası, kollektivi və üzvləri adından təbrik etdi, N.Rəhimovanın keçdiyi şərəfli həyat və fəaliyyəti haqqında danışdı.

Tədbirdə Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri də iştirak etdi və onlar da yubilyara öz ürək sözlərini söylədilər. 

Sonda N.Rəhimova hazırlanmış ünvan oxundu, hədiyyə təqdim olundu və xatirə şəkili çəkildi.