2017-ci il 07 fevral tarixində Auditorlar Palatasının üzvü, "Cavid-Audit" MMC-nin direktor-auditoru Məmmədov Şahbaz Müseyib oğlunun 60 illik yubileyi qeyd edilmişdir.

Tədbirdə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov yubilyarı Auditorlar Palatasının Şurası, kollektivi və üzvləri adından təbrik etdi, Ş.Məmmədovun keçdiyi şərəfli həyat və fəaliyyəti haqqında danışdı.

Tədbirdə Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri iştirak etdi və onlar da yubilyara öz ürək sözlərini söylədilər. 

Sonda Ş.Məmmədova hazırlanmış ünvan oxundu, hədiyyə təqdim olundu. Yubilyarın ölkədə auditor xidmətinin təşkili və tənzimlənməsi sahəsində çoxillik səmərəli fəaliyyətinə, yüksək peşəkarlığına və Palatanın ictimai həyatında fəal iştirakına görə və bununla yanaşı Auditorlar Palatasının "Fəxri auditor" döş nişanı və Həmkarlar İttifaqı Komitəsinin "Fəxri fərman"ları ilə təltif edildi və xatirə şəkili çəkildi.