2017-ci il 29 sentyabr tarixində Auditorlar Palatasının üzvü, "MAK Azərbaycan LTD" MMC-nin direktoru Hüseynov Zamin Ramazan oğlunun 60 illik yubileyi qeyd edilmişdir.

Tədbirdə Auditorlar Palatasının Aparat rəhbəri Qəşəm Bayramov yubilyarı  Auditorlar Palatasının sədri, Şurası, kollektivi və üzvləri adından təbrik etdi, H.Zaminin keçdiyi şərəfli həyat və fəaliyyəti haqqında danışdı.

Tədbirdə Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri iştirak etdi və onlar da yubilyara öz ürək sözlərini söylədilər. 

Sonda H.Zaminə hazırlanmış ünvan oxundu, hədiyyə təqdim olundu. Yubilyarın ölkədə auditor xidmətinin təşkili və tənzimlənməsi sahəsində çoxillik səmərəli fəaliyyətinə, yüksək peşəkarlığına və Palatanın ictimai həyatında fəal iştirakına görə və bununla yanaşı Auditorlar Palatasının və Həmkarlar İttifaqı Komitəsinin "Fəxri fərman"ları ilə təltif edildi və xatirə şəkili çəkildi.