2018-ci il 06 noyabr tarixində Auditorlar Palatasının üzvü, sərbəst auditor Hüseynov Şəmsinur Rəşid oğlunun 70 illik yubileyi qeyd edilmişdir.

Tədbirdə Auditorlar Palatasının sədr müavini Fəxrəddin İsmayılov yubilyarı Auditorlar Palatasının Şurası, kollektivi və üzvləri adından təbrik etdi, V.Tağıyevin keçdiyi şərəfli həyat və fəaliyyəti haqqında danışdı.

Tədbirdə Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri iştirak etdi və onlar da yubilyara öz ürək sözlərini söylədilər.

Sonda yubilyara hazırlanmış ünvan oxundu, hədiyyə təqdim olundu, onun fəaliyyəti yüksək qiymətləndirilərək Auditorlar Palatasının və Həmkarlar İttifaqı Komitəsinin “Fəxri fərman”ları ilə təltif edildi və xatirə şəkili çəkildi.