2019-cu il 1 iyul tarixində tarixində Auditorlar Palatasının üzvü "Audit Servis" MMC-nin direktor auditoru Abdullayev Oleq Əhməd oğlunun oğlunun 70 illik yubileyi qeyd edilmişdir.

Tədbirdə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov yubilyarı Auditorlar Palatasının Şurası, kollektivi və üzvləri adından təbrik etdi, O.Abdullayevin keçdiyi şərəfli həyat və fəaliyyəti haqqında danışdı.
Tədbirdə Auditorlar Palatasının struktur bölmələrinin rəhbərləri iştirak etdi və onlar da yubilyara öz ürək sözlərini söylədilər.
Sonda yubilyara hazırlanmış ünvan oxundu, hədiyyə təqdim olundu, onun fəaliyyəti yüksək qiymətləndirilərək Auditorlar Palatasının və Həmkarlar İttifaqı Komitəsinin “Fəxri fərman”ları ilə təltif edildi və xatirə şəkili çəkildi.